Naxçıvana 101 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb
Naxçıvanda külli miqdarda psixotrop maddə və narkotik vasitə aşkarlanıb.
Adalet.az xəbər verir ki, DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən "Report"un yerli bürosuna verilən məlumata görə, Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunda İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “PVC” yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib.
Kinoloji xidmət itinin tətbiqi ilə keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib.
Eyni zamanda nəqliyyat vasitəsinin sürücüsünün üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı onun üzərindən 2 bükümdə, ümumi çəkisi 4,771 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
25 Dekabr 2025 10:55
Narkotikin təsirində olan sürücü və sərnişinləri saxlanıldı - VİDEO
24 Dekabr 2025 10:17
Cinayətdə şübhəli bilinən 38 nəfər saxlanıldı
23 Dekabr 2025 17:10
Şəhid bulağından oğurluq edildi - VİDEO
22 Dekabr 2025 10:13
Cinayətdə şübhəli bilinən 55 nəfər saxlanıldı
20 Dekabr 2025 16:00
14 yaşlı qıza qeyri-etik hərəkətlər edənlər HƏBS OLUNDU
19 Dekabr 2025 12:19
Ticarət mərkəzində pirotexniki vasitələr satılan anbar aşkarlanıb - VİDEO
19 Dekabr 2025 11:49
Narkotikin təsiri altında maşın sürən şəxs tutulub
19 Dekabr 2025 11:47


Bakı -°C

