Naxçıvan-Təbriz-Məşhəd dəmiryolu 3 həftəyə açılacaq
Qarşıdan gələn 3 həftə ərzində Naxçıvan-Təbriz-Məşhəd dəmiryol xətti açılacaq.
Adalet.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə İRİB-ə müsahibəsində bildirib.
Səfir vurğulayıb ki, bu dəmiryolu xəttinin istifadəyə verilməsi İran-Azərbaycan əlaqələrinin genişləndirilməsinə xidmət edəcək: "Ümidvarıq ki, belə işlərin görülməsi nəticəsində iki ölkə arasında münasibətlər və mübadilələr günü-gündən genişlənəcək".
Qeyd edək ki, bu yolun çəkilməsi layihəsi cari ilin aprelində İran və Azərbaycan Respublikasının dəmiryolu rəsmilərinin Təbrizdə keçirilən birgə ekspert iclasında yekunlaşdırılıb. Layihədə məqsəd qarşılıqlı münasibətlərin inkişafı və turizm sahəsində şəraitin asanlaşdırmaqdır.
Digər Xəbərlər
05 May 2024 17:01
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
05 May 2024 12:46Mehriban Əliyeva xristian icmasını TƏBRİK ETDİ
04 May 2024 14:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
04 May 2024 14:08Yol polisindən qaydaları pozan tanınmışlara müraciət
04 May 2024 13:36