Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Almaniya səfiri ilə görüşüb
Aprelin 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabla görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edib, Azərbaycan-Almaniya əlaqələrinin inkişaf etdiyini, Naxçıvanın da Azərbaycanın tərkib hissəsi kimi bu əlaqələrdə iştirakçı olduğunu bildirib. Ali Məclisin Sədri muxtar respublikada təhsil sahəsində Almaniya təcrübəsindən istifadənin əhəmiyyətindən danışıb, Naxçıvan Dövlət Universitetində və ümumtəhsil məktəblərində Alman dilinin tədris olunduğunu, "Naxçıvan” Universitetinin Almaniyanın ali təhsil müəssisələri ilə əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
Naxçıvanın ölkə ərazisindən ayrı düşdüyünü, lakin bütün çətinliklərə baxmayaraq muxtar respublikada inkişafın təmin olunduğunu bildirən Ali Məclisin Sədri Almaniya ilə əlaqələrin müxtəlif istiqamətlərdə genişləndiriləcəyinə əminliyini ifadə edib.
Səfir Mixael Kindsqrab Ali Məclis Sədri ilə görüşündən və Naxçıvana səfərindən məmnunluq hissi keçirdiyini bildirib. Naxçıvanın Azərbaycanın ən yeni tarixində mühüm yeri olduğunu və böyük çətinliklərlə üzləşdiyini qeyd edən səfir muxtar respublikada Alman dilinin tədrisinə yaradılan şəraitə görə minnətdarlıq edib, əlaqələrin inkişafında səylərini artıracağını bildirib.
Görüşdə qarşılıqlı əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Digər Xəbərlər
01 May 2024 09:46
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO
01 May 2024 09:27Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
30 Aprel 2024 12:44Şimşək çaxacaq, dolu düşəcək... - Mayın ilk gününün HAVASI
30 Aprel 2024 12:15Havanı çirkləndirən şadlıq saraylarının SİYAHISI
29 Aprel 2024 15:48