adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
22 Aprel 2024 09:35
257
DÜNYA

NATO Rusiyanı qıcıqlandırmaqda davam edir

Şimali Atlantika Bloku Rusiyanı davamlı şəkildə özündən çıxarmaqda israrlıdır. Ukraynanı zibilə salandan sonra, deyəsən indi də növbə Pribaltika respublikalarına çatacaq. 

"Aprelin 21-26-sında Litva və Polşa, "Brave Griffin 24/ll" aviasiya elementləri üzrə taktiki səhra təlimlərinə başlacaqlar. Təlimlərdə onların alyansdakı tərəfdaşları, Portuqaliya və Birləşmiş Ştatların hərbi qüvvələri də iştirak edəcəklər"- deyə məlumatda bildirilir. 

Litvanın hərbi idarəsindən bildirilib ki, NATO, Litva və tərəfdaşlarının 20 minlik ordusiyla və minlərlə hərbi texnikasıyla  "ən intensiv hərbi təlimlərindən birini" keçirmək niyyəyindədir. 

Təlimin keçirilməsində əsas məqsəd guya, Şimali Atlantika Alyansının müdafiə planlarının yoxlanılması olduğu bildirilsə də, əslində hamıya məlumdur ki, məqsəd Rusiyanı qıcıqlandırmaq və növbəti dəfə səhv addımlar atmağa məcbur etməkdir. 

  Rüstəm Hacıyev