adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
13 Avqust 2016 00:30
38433
HÜQUQ

Natiq Cəfərli barəsində həbs qətimkan tədbiri seçilib

REAL hərəkatının icra katibi Natiq Cəfərli barəsində həbs qətimkan tədbiri seçilib.

 

Adalet.az-ın xəbərinə görə, Nəsimi rayon Məhkəməsinin qərarı ilə N. Cəfərli 4 ay müddətinə azadlıqdan məhrum edilib. O, qanunsuz sahibkarlıq fəaliyyətində ittiham olunur. 

 

Qeyd edək ki, bu gün N. Cəfərli Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə dəvət edilib. Bu barədə onun vəkili Cavad Cavadov məlumat verib.

 

Daha sonra isə o məhkəməyə gətirilib və barəsində həbs qətimkan tədbiri seçilib.