“National Geographic”in məşhur “Əfqan qız”ı həbs edilib – FOTO
"National Geographic” jurnalının üz qabığında fotosu dərc edilmiş Əfqanıstan vətəndaşı olan məşhur qadın Pakistanda həbs edilib.
Adalet.az xəbər verir ki, Şərbət Qula adlı həmin xanımın həbs edilməsinə səbəb olaraq Əfqanıstandan gəldiyi vaxtdan Pakistanda qanunsuz yaşaması göstərilib.
Məlumata görə, ondan şəxsiyyətini təsdiqləyən Əfqanıstan və Pakistana aid sənədlər götürülüb.
Xəbərdə bildirilib ki, Şərbət Qulanı 14 il azadlıqdan məhrumetmə cəzası gözləyir.
Qeyd edək ki, Şərbət Qula fotosu 1985-ci ildə "National Geographic” jurnalının üz qabığında dərc edildikdən sonra məşhurlaşıb. Həmin fotonun müəllifi jurnalist Stiv Makkaridir. Şəkil Əfqanıstanda qaçqın düşərgəsində çəkilib və jurnalda "Əfqan qız” adı ilə dərc edilib.
Digər Xəbərlər
03 May 2024 22:37
Mişel ilə Kobaxidze arasında telefon danışığı olub: “Tarixi şansı qaçırmayın”
03 May 2024 22:32Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 21:34Zelenski hərbçilərə xəbərdarlıq etdi: Hazır olun!
03 May 2024 21:31Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 21:29