adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
15 May 2017 22:29
6159
DÜNYA

NASA Aya adam göndərir

Astronavtlar 2022-ci ildən gec olmayaraq Aya uçacaqlar.

Adalet.az xəbər verir ki, bu barədə NASA açıqlama yayıb. Məlumata görə, uçuş ABŞ tarixində ilk dəfə olaraq SLS raketləri vasitəsilə həyata keçiriləcək.

Sözügedən raketlər son illərin ən iddialı layihələrindən biridir. Raketin hazırlanmasının birinci mərhələsinə NASA artıq 26 milyard dollar xərcləyib. İkinci və son mərhələ üçün isə hələ 900 milyon dollar tələb olunur.

Ekspertlər hər raketin işə salınması xərcini azı 450-500 milyon dollar olaraq qiymətləndirir.