adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
26 Oktyabr 2016 15:00
7001
MƏMLƏKƏT

NARKOTİKA QƏBUL EDƏN SÜRÜCÜ…

Biz tez-tez Baş Dövlət Yol Polisi Darəsinin müxtəlif qurumlarıilə birgə reydlərdə iştirak edirik. Belə reydlərin mütəmadi keçirilməsi birmənalıolaraq hərəkətin təhlükəsizliyinə hesablanır. Bu günlər isə BaşDövlət Yol Polisi İdarəsinin ekoloji bölüyününkeçirdiyi reyddə çox qəribə bir hadisəninşahidi olduq. Ümumiyyətlə, həmişə yol hərəkəti qaydalarını kobud surətdə pozan sürücülərsaxlanılarkən əksər hallarda xidmət aparan əməkdaşlarlamübahisə edirlər.

Ekoloji bölüyün stasionar məntəqəsinin yaxınlığında keçirilən reyd zamanı yüksək sürətlə Bakı-Sumqayıt avtomobil yolundahərəkət edən bir nəqliyyat vasitəsi diqqəti cəlb elədi. Həmin nəqliyyat vasitəsinin sürücüsü tez-tez manevr edir və arxadan gələn avtomobillərüçün qəza şəraiti yaradırdı. Bu anıgörən ekoloji bölüyün tağım komandiri, polis kapitanı Hacı Abdullayev nəqliyyat vasitəsinin saxlanılması ilə bağlı sürücüyə «Saxla» işarəsi verdi. Sürücüekoloji bölüyün stasionar postunda avtomobili saxladı. O, yerə düşərkən tağım komandiri HacıAbdullayev onun hərəkətlərindən şübhələndivə onu posta dəvət etdi. Danışığından hiss olundu ki, ya ospirtli içki qəbul edib, ya da narkotik maddənintəsiri altındadı. «VAZ-21154» markalı 90 LZ 559 nömrəli avtomobilin sükanı arxasında əyləşən Cavid Mehrac oğlu Şəfiyevmüayinə edilmək üçün yaxınlıqdakı xəstəxanayaaparıldı. Narkoloqun rəyindən sonra aydınlaşdı ki, Cavid Şəfiyev narkotik maddə tərkibli marixuana qəbul edib. Sürücü özü də bunu səmimi etiraf elədi.Onun barəsində həkim narkoloq 5733 nömrəliakt tərtib etdi. Avtomobilsürücünün əlindən alınaraq cəriməmeydançasına qoyuldu. Beləcə başqalarının həyatı üçün çox böyük təhlükə törədən və narkotik maddənin təsiri altında olan sürücü zərərsizləşdirildi.

Ekoloji bölüyün komandiri, polis polkovnik-leytenantı Fuad Mayılov reyd zamanı belə faktlarla da qarşılaşdıqlarınıbildirdi. O dedi ki, ümumiyyətlə, bölüyümüzünəməkdaşları nəinki yol-hərəkəti qaydasını pozanlara, müxtəlif cinayətlər törədib aradançıxmaq istəyən ayrı-ayrı kriminaltərkibli adamları da bir çox halda zərərsizləşdirib. Bütün bunlar onu göstərir ki, əməkdaşlarımız sutkanın 24 saatı ərzində tapşırılan işi məuliyyətlə yerinə yetirir və rəhbərliyin qarşıya qoyduğu vəzifələriicra etməklə öz vəzifə borclarını lazımisəviyyədə yerinə yetirirlər.

Bakı-Sumqayıt avtomobil yolunda ekoloji bölüyün əməkdaşları xidmət apararkən nasaz vəziyyətdəyolda qalan avtomobilin sahidinə də kömək göstəriblər. Belə ki, nəqliyyatvasitəsinin qabaq çarxı sınaraq sıradan çıxmışdı. Təbii ki, onu tək sürücününgücü ilə bərpa etmək mümkün deyildi. Yol Patrul Xidməti maşınındavəzifə borcunu yerinə yetirən iki əməkdaş yerə düşərəkhəmin sürücüyə köməklik göstərdi vəmövcud problemi aradan qaldırmaqda ona yardımetdilər.

Bu cür münasibətlərinyaranması yol polisi ilə sürücülər arasında mədəni əlaqələrin formalaşmasına çox yaxşı zəmin yaradır. Bu isə o deməkdir ki,hər an hərəkət iştirakçıları avtomobil yollarında çətinliklə üzləşərsə həmişəyol polisi onlara kömək etməyə hazırdır və bu köməyi davamlı olaraq sürücülərə göstərirlər.

Əlbəttə, hər hansı insana lazımiköməklik göstərəndə o adam da bu qayğınıömrü boyu yadından çıxarmır və həmininsanlara öz minnətdarlıqlarını bildirirlər. Avtomobili yolda qalan sürücü də bu köməkliyə görə yol polisinə bir dahatəşəkkür elədi.