adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
19 Aprel 2018 17:08
9903
SAĞLAMLIQ

Narkoloji Mərkəzin direktoru yanğına görə işdən çıxarılıb

Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov vəzifəsindən azad edilib.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib. Nazirlik rəsmisi bildirib ki, direktor martın 2-də mərkəzdə baş verən yanğınla əlaqədar işdən xaric olunub.
S.Əhmədovanın sözlərinə görə, Narkoloji Mərkəzinin direktor vəzifəsinin icrası Aytən Səmədovaya həvalə edilib.

Qeyd edək ki, martın 2-də Respublika Narkoloji Mərkəzində baş verən yanğın nəticəsində 25 nəfər həlak olub.