Narkokuryerlikdə şübhəli bilinən şəxslər saxlanıldı

Lerikdə keçirilən əməliyyat zamanı 10 kiloqram narkotik vasitə aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Adalet.az-a verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitələrin ayrı-ayrı ünvanlara çatdırılaraq satışını təşkil edən 32 yaşlı Nurlan Alızadə, 30 yaşlı Binnət Eyvazlı və 31 yaşlı Nurlan Bəşirov saxlanılıblar.
Onlardan şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri ümumilikdə 10 kiloqram marixuana və tiryək aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Digər Xəbərlər

Son beş ildə aşkarlanan narkotik vasitələrin sayı açıqlandı

Daşkəsəndə polis çətin relyef şəraitində əməliyyat keçirdi - VİDEO

Keçmiş arvadı ilə mübahisə edən ər qayınını və baldızını bıçaqladı

Cinayətdə şübhəli bilinən 63 nəfər saxlanıldı

Arvadını öldürdü, sonra intihar etdi - Sumqayıtda dəhşət

Avtobus sürücüsünü döyən şəxs SAXLANILDI

Məktəbli qətlə yetirildi: Sinif yoldaşı saxlanıldı - YENİLƏNİB
