Nardaranda meydanın boşaldılmasına qərar verildi
Ağsaqqalların iştirakı ilə müzakirə aparılıb
Noyabrın 29-da Nardaran qəsəbəsinin Hüseyniyyə Məscidində bir qrup qəsəbə sakini yaranmış vəziyyəti müzakirə edib.
Nardaran sakini Natiq Kərimov bildirib ki, problem yalnız dinc yolla həll edilməlidir. O qeyd edib ki, hər cür qarşıdurmadan yayınmaq, hadisə zamanı dünyasını dəyişənləri dəfn edəndən sonra digər məsələləri də danışıqlar yolu ilə həll etmək lazımdır.
N. Kərimov camaata meydanı boşaltmağı da təklif edib.
Digər sakinlər də insanları meydanı boşaltmağa və evlərinə getməyə çağırıblar.
Məscidə toplaşmış Nardaran sakinləri və insident zamanı həlak olanların yaxınları da fikirlərini bildiriblər.
Sonda qəsəbənin mərkəzindəki İmam Hüseyn meydanının bu gün boşaldılması haqqında qərar verilib.(apa)
Digər Xəbərlər
03 May 2024 21:57
STM ilə “Divan Araştırma ve Eğitim Derneği” arasında memorandum imzalandı
03 May 2024 17:31İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
03 May 2024 15:51Azərbaycanın hücum təyyarələri beynəlxalq təlimdə iştirak edəcək
03 May 2024 14:52Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
03 May 2024 12:45