02 Oktyabr 2023 12:42
1019
GÜNDƏM

Namiqin oğlu Tahir Məmmədov: İliyinə qədər erməni...

Ermənilərə məxsus günün vikipediya məlumatları qarşıma çıxdı. Bu gün dünyada və Ermənistanda hansı hadisələrin yaşandığı məni maraqlandırdı və baxdım.

Bu gün bir çoxlarımızın yaxından tanımadığı Azərbaycan əsilli aktyor, aparıcı, rejissor Tahir Məmmədovun ad günü olduğunu öyrəndim .

Məlumat üçün bildirək ki, Tahir Məmmədov 1981-ci il oktyabrın 2-də Bakıda anadan olub. Onun, atası azərbaycanlıdır Namiq Məmmədov, anası Nina Mixaylovna isə ermənidir. Qarabağ münaqişəsinin başlamazdan əvvəl ailə Bakıda yaşayıb. Tahir isə özü 6 saylı məktəbdə təhsil alıb. Tibb texnikumunu bitirdikdən sonra ailəsi ilə birlikdə Moskva şəhərinə köçüb və ROSNOU-da “Psixoloqiya” fakültəsində təhsil alıb. Universitetdə oxuduğu zamanda Tahir Məmmədov KVN oyunlarəna qoşulub və “RosNou” komandasının heyətində çıxış edib. Daha sonradan Tahirin valideynləri boşanıb, Tahir isə Rusiya vətəndaşlığı alıb və Moskvada qalıb. 2011—2012-ci illərdə Moskvada etiraz hərakatında fəal iştirak edib.

2005-ci ildə Tahir Məmmədov rus pasportunda adını “Tair Mamedov” ilə əvəz edib. Bundan sonra Tair adı ilə “Comedy Club” proyektində çıxış etməyə başlayıb. Tanınmağa başlayan bu zaman ərzində populyarlaşıb, bir neçə realiti-şouda iştirak edib, paralel olaraq digər verilişlərdə aparacılıq edib. 2008-ci ildə Tair “Comedy CLub”u tərk edib və Rusiyada “Çox rus detektivi” filmində çəkilib. Bu filmdə Tahir həm aktyor, həm prodüsser, həm də ideya müəllifi kimi çalışıb. Bundan sonra o Rusiyanın birinci kanalında (ORT) bir neçə verlişdə aparıcılıq edib. Bundan sonra bir müddət Tahir televiziya verilişlərindən ayrılıb və şoumen kimi çalışmağa başlayıb. 2011-ci ildən Rusiyada MTV telekanalında vj kimi çalışıb və müxtəlif verilişlərin aparıcısı olub.

Artur- Anario


2013-cü ildə Moskvanın meri seçkilərində müşahidəçi olub, sonra həminki ilin sonunda ABŞ-da mühacirət edib, Los-Ancelesdə yaşayır. Tahirin prodüser olan böyük qardaşı Artur (Anar adını dəyişərək Artur qoyublar) var. Hazırda Tair qardaşı Artur Rusiyada , özü və  anası  Nina isə Los-Ancelesdə yaşayır


Tair bir neçə il bundan əvvəl Azərbaycan mediasına verdiyi müsahibədə, Bakı üçün darıxdığını və bir-neçə dəfə şəhər gəldiyini bilidirib.
Buna baxmayaraq damarındakı erməni qanı Tair Mamedovu təsirləndirib. O, öz Youtube kanalında ermənilərin Los- Anceles şəhərində yerləşən "Qarabağ" mağazasını reklam edib.
Rusiya mediası yazır: Rusiyada məşhur olduğu illərdə o, Azərbaycan mediasının nümayəndələri ilə praktiki olaraq ünsiyyət qurmayıb. Rusiya mətbuatına müsahibəsində o, azərbaycanlı kökləri və doğma şəhəri Bakı haqqında çox danışmadı, lakin bu, indi tamamilə başa düşüləndir, çünki özünü atasının vətəni ilə əlaqələndirmir, onun sözlərinə görə, o, “ əsl xaç”dır.

 Əntiqə Rəşid