adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
05 Dekabr 2017 16:35
52291
HÜQUQ

Nail Allahverdiyevin məhkəmə istintaqı keçirilib

Bu gün Bakı Ağır Cinayətlər MəhkəməsindəQaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri ƏliHəsənovun nəvəsi Nail Allahverdiyevin məhkəmə istintaqı keçirilib.

Adalet.az xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilənprosesdə qəza zamanı xəsarət alan və zərərçəkmiş kimi tanınan Türkiyəvətəndaşları Mutallib Tekiş və onun həyat yoldaşı Songül Tekişin məhkəməyəgəlmədiyi elan olunub.Bildirilib ki, onlar hazırda Türkiyədə müalicə alırlar.

Şahid qismində isə Nailin atası ElmanAllahverdiyev və dostu Mirməhəmməd İsmayılov ifadə veriblər.

Prosesdə Nail Allahverdiyevin vəkili təqsirləndirilənşəxs barəsində aparılan istintaqın qərəzli olduğunu qeyd edərək hakimdən müdafiəetdiyi şəxsə qarşı irəli sürülən 264-cü maddənin əsassız sayılmasını istəyib.

Daha sonra işə ekspert rəyi verən SabirŞabanov danışıb. Onun ardınca çıxış edən Nail Allahverdiyev sosial mediada özübarəsində yazılan yazıları həqiqətə uyğun hesab etməyib.

"Mən həmçinin, məhkəmə psixolojiekspertizasının rəyi ilə də razı deyiləm. Onu daqeyd edim ki, hadisə yerindən qaçmamışam. Sosial şəbəkələrdə mənim haqqımdahəqiqətə uyğun olmayan yazılar yazılıb. Mən də hər kəs kimi sıravi Azərbaycanvətəndaşıyam. Məhkəmədən ədalətli qərarın verilməsini istəyirəm. Ümidedirəmki,ədalətli qərar veriləcək".

Xatırladaq ki, məhkəmə iclasında hadisəzamanı dünyasını dəyişən şəxslərin hüquqi varisləri Ramiz Əsədov, AdilOcaqverdiyev və Ülviyyə Əliyeva iştirak ediblər. Prosesdə zərərçəkmiş tərəfkimi iştirak edən Ramiz Əsədov qəza zamanı yolu keçən piyada Vaqif Əsədovunoğludur. Ülviyyə Əliyeva isə Nail Allahverdiyevin sürücüsüolmuş və qəza zamanı dünyasını dəyişmiş Mehdi Əliyevin xanımıdır.


Nicat Novruzoğlu