Nadir İncil Sotheby's hərrac evində satılıb: 6,9 milyon dollara...
Nüfuzlu "Sotheby's" hərrac evi 14-cü əsrdə İspaniyada məşhur ravvin Şem Tov İbn Qaon tərəfindən yazılmış nadir, illüstrasiyalı İvrit İncilini 6,9 milyon dollara satıb.
Adalet.az xəbər verir ki, hərrac Nyu-Yorkda baş tutub.
The Guardian" nəşrinin yazdığına görə ,800 səhifəlik kitabın zərli səhifələrinin illüstrasiyasında yəhudi, xristian və islam bədii ənənələri qarışıb. Yeddi əsrlik mövcudluğu ərzində Şem Tov İncili Yerusəlim, Bağdad, Tripoli, London və Cenevrədə saxlanılırdı. Amma hərracda alındıqdan sonra ictimaiyyətə təqdim olunacaq.
Xatırladaq ki, hələ 2012-ci ildə yayılan məlumatlara görə, ən bahalı İncil Hz.İsa Məsihin ana dilində - aramey dilində yazılıb. Mütəxəssislərin dediklərinə görə, bu nüsxənin bir səhifəsinin hətta fotosurəti belə, 1,5 milyon avro qiymət qoyulub.
Dəri ilə cildlənmiş "İncil" türk polisinin ölkənin cənubunda qaçaqmalçılara qarşı keçirdiyi əməliyyat zamanı müsadirə olunmuşdu. Həmin vaxt "The Guardian" bildirirdi ki, Türkiyənin mədəniyyət və turizm naziri Ərtuğrul Günay müqəddəs kitabın aşkarlandığını təsdiqləyib.
4 hissədən ibarət "İncil"də 52 səhifə var idi. Nadir "İncil" Ankara Etnoqrafiya muzeyində saxlanılırdı. Alimlərin dediklərinə görə, xüsusi aşılanmış dəridən hazırlandığına görə, nadir "İncil" indiyədək yaxşı qalıb. İlkin hesablamalara görə, onun dəyəri 17 milyon avrodur.
Nəşr 2012-ci ildə yazırdı ki, Roma Katolik Kilsəsi də "İncil"lə maraqlanmağa başlayıb:" Vatikan Türkiyə hökumətinə müraciət edərək nadir tapıntını təhlil etmək üçün Ankaraya ekspertlər yollamağa icazə istəyib.Türkiyə rəsmiləri isə belə müraciətin olmadığını deyirlər.
Mütəxəssislərin fikrincə, nadir tapıntı "Barnabas İncili"nin surəti ola bilər. İsa Məsihin şagirdi, 70 həvaridən biri sayılan Barnabasın qələmə aldığı "İncil"in indiyədək iki surəti olduğu deyilirdi. XVI əsrin sonlarında yazılmış surətlərin biri İtaliya, digəri isə İspaniyadadır.
Müsəlman və xristian teoloqların fikrincə, "Barnabas İncili" ilə "İncil" arasında kəskin fərqlər var. Çünki Barnabasın İncilindəki bir çox məqamlar Vatikanın qəbul etdiyi "İncil"lə ziddiyyət təşkil edir.
Qeyd edək ki, "Sotheby's" 1744-cü ildən sənət əsərləri kolleksiyaçılarını öz ətrafında cəmləyir və dünyanın ilk beynəlxalq hərrac evidir. Hazırda "Sotheby's" Nyu-York, London və Parisin onlarla satış mərkəzlərində hərraclar təşkil edir, 40 ölkədə 90-dan çox ofis şəbəkəsinə malikdir.
Əntiqə Rəşid
Digər Xəbərlər
31 Yanvar 2026 15:53
Beşbarmaqda qədim karvansaray aşkarlandı - FOTOLAR
30 Yanvar 2026 19:20
Təltif edilən gənclərdən biri görmə məhdudiyyətli ifaçıdır - FOTO + YENİLƏNİB
28 Yanvar 2026 13:54
Səmimi Fərhad: “Bu, sistemli tənqid deyil, təhrikedici üslubdur”
27 Yanvar 2026 14:09
Əməkdar mədəniyyət işçisi vəzifəsindən azad edilib
26 Yanvar 2026 19:25
Multikulturalizm Mərkəzinin icraçı direktoru Qüds Yunan Pravoslav Patriarxı ilə görüşüb
24 Yanvar 2026 18:25
Aktrisa Məsumə Babayeva vəfat etdi
21 Yanvar 2026 12:00
Arif Babayevin qəbirüstü abidəsi hazırlanacaq
16 Yanvar 2026 13:58


Bakı -°C



