adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
25 Iyul 2014 14:55
9634
MƏDƏNİYYƏT

“Nabat” bədii filmi Beynəlxalq Venesiya kinofestivalında

Kinostudiyasının istehsalı olunan, rejissor Elçin Musaoğlunun çəkdiyi "Nabat” tammetrajlı bədii filmi avqustun 27-dən sentyabrın 6-dək İtaliyada keçiriləcək 71-ci Venesiya Beynəlxalq kinofestivalında nümayiş olunacaq. SİA-nın verdiyi xəbərə görə, bu film festivalın əsas müsabiqədən sonra ikinci vacib bölməsi olan "Horizontlar” ("Orizzonti”) proqramında iştirak edəcək.  Bu proqramda yeni tendensiyaların olduğu bədii və sənədli filmlər iştirak edir. E.Musaoğlu ilə yanaşı, 16 rejissorun filminin nümayiş olunacağı bu proqramda ən yaxşı ekran əsərlərinin müəlliflərinə mükafatlar təqdim ediləcək.