adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
01 Sentyabr 2014 15:57
7247
SİYASƏT

“Müstəqil mətbuata mütləq şəkildə nəzarət olunmalıdır”

Aydın Quliyev: "Bu məruzəyə ehtiyac var idi”

Birsıra KİV-lər öz səlahiyyətlərini aşaraq, özləridə bilmədən düşmən dəyirmanına su tökürlər. Atəşkəs rejiminin pozulması,erməni KİV-nə istinadən yayılan təxribat xarakterli informasiyalar aidiyyatıqurumları bu istiqamətdə ciddi addım atmağa vadar edib. Məhz bu məqsədlə AzərbaycanPrezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin rəhbərliyi ilə müşavirəkeçirildi. Müşavirədə bu istiqamətdə yaşanan problemlər müzakirə olunub, bir sıra tapşırıqlar verilib.

Ölkəninaparıcı KİV rəhbərləri keçirilən müşavirənin əhəmiyyəti barəsində danışıb. 

Yeni Azərbaycan”qəzetininbaş redaktoru Hikmət Babaoğlu bildirib ki, hər bir ölkənin milli mətbuatməkanının təhlükəsizliyinin təmin olunması milli maraqlar baxımından prioritetistiqamətlərdən biridir: "Xüsusilə də müharibə şəraitində olan Azərbaycanıninformasiya məkanın idarə olunması və milli maraqların təmin olunması üçünyönləndirilməsi aktual məsələdir. Bir müddət əvvəl öncəbhədə atəşkəsin pozulmasına paralel olaraq Azərbaycanın informasiya məkanındasanki lokal bir müharibə başlandı. Bu informasiya müharibəsi bir çox hallardaölkə mediasında milli maraqlarımıza uyğun olmayan şəkildə özünü büruzə verdi.Belə ki, ayrı-ayrı media orqanlarında, xüsusilə də sosial mediada hərbi sirrsayılacaq məlumatların yayımlanması, ordumuzun müəyyən hissəsinindislokasiyası, ordu rəhbərliyində təmsil olunan yüksək rütbəli zabitlərin yeriilə bağlı müxtəlif məlumatların mətbuata sızdırılması düşmən tərəfindənkəşfiyyat məlumatı kimi qəbul olunurdu. Ona görə də müşavirədə bir dahaxatırladıldı ki, bu cür hallar yolverilməzdir. Çünki, belə informasiyalarıyaymaqla düşmən tərəfə düzgün hərbi kəşfiyyat məlumatları ötürmüş oluruq”.

H.Babaoğluonu da qeyd edib ki, gələcək də belə hallar təkrar olunsa, Azərbaycanda hərbisirlərin yayılmasına görə müvafiq cəza tədbirləri görüləcək: "MüşavirədəPrezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev diqqəti çox vacib birməsələyə yönəldərək vurğulayıb ki, Azərbaycanda mövcud olan müxtəlif vətəndaşcəmiyyəti institutları, qeyri-hökumət təşkilatları, insan hüquqları təşkilatlarıvə transmilli medianın Azərbaycan xidmətləri də bəzi hallarda ictimai rəyədezinformasiya ötürməklə məhz ictimai rəylə manipulyasiya edir. Eynizamanda bu fikirlər Azərbaycanın sosial mediasına da şamil olundu. Çünki bəzihallarda Azərbaycanın sosial mediası, ayrı-ayrı informasiya portalları,saytlar, həqiqi olmayan manipulyativ informasiyanı yaydılar. Bu informasiyalarzərərli idi. Azərbaycanda hərbi-psixoloji vəziyyətin pisləşməsinə, bəzihallarda ictimai rəyin eyforiya vəziyyətinə çatdırılmasına xidmət edirdi.Müşavirədə bir daha qeyd edildi ki, belə hallar yolverilməzdir

Onun sözlərinə görə, müharibə şəraitində olan Azərbaycanda müstəqil mətbuatamütləq şəkildə nəzarət olunmalıdır: "Əks təqdirdə Azərbayacanıninformasiya məkanın təhlükəsizliyini qoruya bilmərik. Hesabedirəm ki, bu faydalı fikirlər gələcəkdə Azərbaycan mediasının fəaliyyətistiqamətinin paradiqmalarını təşkil edəcək. Ramiz Mehdiyevin müşavirədəsəsləndirdiyi fikirlər Azərbaycan mediasının bundan sonrakı fəaliyyətindəistiqamətverici tezis kimi çıxış edəcək".

"Xalqcəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli vurğulayıb ki, dövlətəhəmiyyətli məsələlərlə bağlı müşavirənin keçirilməsi mətbuat tarixində yenimərhələdir. Onun sözlərinə görə, bu da Prezident Administrasiyasının bütünməsələlərlə bağlı media kapitanları ilə ətraflı şəkildə müzakirə aparmasıməqsədi daşıyırdı. Bu, həm də mediaya olan etimadın barizgöstəricisi oldu: "Birmüddət əvvəl cəbhə bölgəsində yaranan gərginlik vaxtı ciddi nöqsanlar başverdi. Lakin iddialı media qurumları həmin vaxtlar bir sıra səhvlərə yolverdilər. Bu kimi ciddi nöqsanlar görüşdə geniş müzakirə mövzusu oldu. Halbukiölkə mətbuatının peşəkarlıq səviyyəsi bütün çağırışlara cavab vermək əzmindəolmalı idi. Müşavirədə media nümayəndələrinə hüquqi vəzifə borcları bir dahaxatırladıldı və birgə fəaliyyət göstərəcəyimiz istiqamət vurğulandı. Eynizamanda Azərbaycan cəmiyyətinin informasiya təhlükəsizliyi ilə bağlı vacibməsələlər qeyd olundu. Ramiz Mehdiyevlə yanaşı, digər rəsmi şəxslərin çıxışıbir daha göstərdi ki, dövlət mətbuatda yer alan xəbərləri ən kiçik detallarınakimi təhlil edir və nəticələr çıxarır. Bu da təbii ki, önəmli faktorlardanbiridir. Düşünürəm ki, bu günə qədər fəaliyyətlərində səhvlərə yol verənmətbuat işçiləri bu tövsiyyələrdən nəticə çıxaracaq, bundan sonrakıfəailiyyətlərini də milli maraqlara uyğun şəkildə quraraq işlərini daha datəkmilləşdirəcəklər"- deyə, baş redaktor məsələ ilə bağlı fikirlərinəəlavə edib.

"Bakı-Xəbər”qəzetinin baş redaktoru Aydın Quliyev vurğulayıb ki, müşavirədə çoxdan vaxtıçatmış məsələlər müzakirə olundu.

Onunsözlərinə görə, görüşdə bir çox istiqamətlər açılıb: "Həmin istiqamətlərdəhəm mövcud vəziyyət təhlil olundu, həm də medianın qarşısında duran vəzifələrkonkret olaraq göstərildi. İnformasiya təhlükəsizliyisahəsində dövlət siyasətinin təkmilləşdirilməsi və informasiyatəhlükəsizliyinin yüksək səviyyədə həyata keçirilməsində medianın vəzifələridəqiq müəyyən olundu. Fikrimcə, bu cür məruzəyə, açıq söhbətə çoxdan ehtiyacvar idi. R. Mehdiyev məruzəsi ilə Azərbaycan mediasının bundan sonra müharibəqanunları və şərtləri ilə fəaliyyət göstərmə mərhələsinə keçidini təmin etdi”.

Baş redaktor qeyd edib ki, cəbhədəki son hadisələrmediada informasiya və milli təhlükəsizlik məsələlərinin qorunması ilə bağlıçox böyük boşluqların olmasını ortaya çıxarıb: "Ona görə də bu məruzəyə ehtiyacvar idi. Bu mərhələdə medianın üzərinə çox böyük vəzifələr düşəcək. Çoxsaylımedia orqanlarımızın müəyyən bir qismi bu mərhələnin vəzifələrini lazımı qədərdərk edərək, növbəti mərhələyə keçid edə biləcək. İstisna deyil ki, onlarınmüəyyən bir hissəsi bu mərhələdə mövcudluğunu itirsin. Burada söhbət millidövlət təhlükəsizliyi ilə bağlı medianın daha məsuliyyətli olmasından gedir.Məsuliyyətli olan media orqanları yaşayacaq, olmayanlar isə qanun qarşısındacavab verməli olacaq. Bu görüşü tarixi əhəmiyyətli hadisə hesab edirəm”.