Müşfiqdə gənc oğlan bıçaqlandı
Martın 9-da saat 22 radələrində Qaradağ rayonu Müşfiq qəsəbəsində 1996-ci il təvəllüdlü qəsəbə sakini Elbrus Orucovun kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.
Adalet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.
Araşdırmalarla cinayət əməlini şəxsi münasibətlər zəminində 1987-ci il təvəllüdlü qəsəbə sakini Mehman Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.
Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə M.Məmmədov saxlanılıb.
Araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
22 Sentyabr 2026 11:45
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
22 Sentyabr 2026 09:36
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
21 Sentyabr 2026 11:42
Yasamalda 70 yaşlı qadın dələduzluq etdi
16 Sentyabr 2026 10:49


Bakı -°C

