adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Sentyabr 2019 10:31
37111
SİYASƏT

Müsavatın növbəti başqanı kim olacaq?

Oktyabrın 12-dəMüsavat Partiyasının növbəti IX qurultayının keçirilməsi nəzərdə tutulur.Qurultaya hazırlıq üzrə təşkilat komitəsinin məlumatına görə bütün hazırlıq işləribaşa çatdırılıb və indi qurultayın nəzərdə tutulan vaxtda baş tutması yalnızBakı Şəhər İcra Hakimiyyətinin tədbirin keçirilməsi üçün yerayırıb-ayırmamasından asılıdır.

Bu partiyanın,demək olar ki, bütün qurultayları həmişə cəmiyyətdə böyük ictimai rezonansdoğurub, geniş müzakirə və diskussiyalarla müşayiət olunub, medianın bir nömrəlimövzusuna çevrilb. Təbii ki, bunun çox səbəblərini sadalamaq olar, ancaq ən əsassəbəb bizcə partiyanın rəhbər orqanlarına keçirilən seçkilərlə bağlıdır.Çünki digər partiyalardan fərqli olaraqMüsavatın bütün strukturları gizli səsverməyoluyla formalaşır, istər Məclis, istər Mərkəzi Nəzarət-Təftiş Komissiyası, istərsədə sonrakı mərhələdə Divan üzvləri çoxsaylı alternativlərin arasından seçilir. Güclürəqabət və yarış mühitində isə gərginliksiz ötüşmək mümkün deyil.

Bu partiyanının qatı opponentləri də zaman-zaman Müsavatdakı seçkiprosesinin gedişindən doğan heyrətlərini gizlədə bilməyiblər. Hətta Müsavatın Məclisseçkilərini Milli Məclisə keçirilən seçkilərlə müqayisə edənlər də olub.Seçkiqabağı dövrdə bəzən əndazəsini aşan sərt dartışmalara, gərginliklərə, dava-şavalarabaxmayaraq, etiraf eləmək lazımdır ki, partiya həmişə bu qovğalardan daha möhkəm,daha güclü və daha bütöv çıxıb. Ta 1913-cü ildə keçirilən VIII qurultaya kimi.

Həmin vaxta kimiartıq öz monoltliyini əbədi olaraq qoruyub saxlayacaq bir partiya imiciqazanmış Müsavat çox ağır və fəsadlarını hələ uzun illər sonra da aradanqaldırmaq mümkün olmayacaq sərt bir zərbə aldı – partiya iki yerə parçalandı.

Müsavatın həm əvvəlki,həm də bərpa dövründən sonrakı tarixində ağır məhrumuyyətlərdən keçmiş, sarsıntılaryaşamış, haqsız zərbələrə tuş gəlmiş, zorən məğlubiyyətlərə məhkum edilmiş vəbütün bu çətinliklərdən, necə deyərlər, alnı açıq, üzü ağ çıxmış bir partiyaolduğunu danmaq mümkün deyil. Ancaq o,2013-cü il sınağından çıxa bilmədi və öz əlilə qazdığı quyuya düşdü.

Məsələburasındadır ki, partiyanın VII qurultayında edilmiş nizamnaməyədəyişikliyinə görə eyni adam ardıcıl ikidəfəddən çox partiya başqanı seçilə bilməzdi. Bu dəyişikliyə görə IX qurultayyeni başqan seçməliydi, yəni, Bərpa qurultayından sonra təşkilata rəhbərliketmiş və onu həm güclü, həm də demokratik əsaslarla idarə edilən bir quruma çevirmişİsa Qəmbər artıq öz postunu tərk etməliydi. Yeri gəlmişkən, həmin nizamnamə dəyişikliyielə İsa Qəmbərin öz təşəbbüsü ilə gerçəkləşmişdi. Ümumiyyətlə, Müsavatın Azərbaycansiyasətinə verdiyi ən böyük töhfələrdən biri də vaxtaşırı olaraq yeni,demokratik idarəçilik təşəbbüsləriylə çıxış etməsi və bunu öz fəaliyyətindəuğurla tətbiq etməsiydi.

Yuxarıdadediyimiz kimi partiya bu sınaqdan çıxa bilmədi. Niyə? Səbəblər üzərində çox baş sındırmaq olar,amma ən başlıca səbəb ondan ibarət idi ki, hətta bir çox demokratik yeniliklərəvə ilklərə imza atmış Müsavat cameəsi də sədr əvəzlənməsi kimi köklü bir dəyişikliyihəzm etməyə hazır deyildi. Partiyaya yaxın olan qaynaqlardan aldığımız məlumatlaragörə həmin vaxt sədr dəyişikliyinin ciddi fəsadlar törədəcəyi partiya elitasındada ciddi narahatlığa səbəb olmuşdu və bunun qarşısını almaq üşün bir neçə təklifətrafında ciddi müzakirələr olmuşdu.

Birinci təklifnizamnamədə təkrar dəyişiklək etməklə başqanın iki dəfədən çox seçilməsiniqadağan edən maddənin çıxarılmasıyla bağlıydı ki, bunu İsa Qəmbər qətiyyətlə rəddedib. İkinci təklif yeni sədrin rəhbərlik, yəni müavinlər və divan üzvülərininkonsensusu ilə müəyyənləşdirilərək hazır şəkildə qurultayın müzakirəsinəçıxarılmasından ibarət olub ki, bunu gerçəkləşdirmək praktik olaraq mümkündeyildi. Çünki ən böyük problem elə həmin müavin və Divan üzvlərininkonsensusuna nail olmaq idi. Münasibətlər elə səviyyədəydi ki, partiyanınyuxarıdan aşağı monolitliyini təmin edən belə bir konsensus təkcə İsa Qəmbərin nüfuzuvə xarizması yox, həm də rəhbərliyi altında gerçəkləşə bilərdi. Nəhayət, üçüncütəklif bundan ibarət idi ki, İsa Qəmbər öz namizədini söyləsin. Deyilənə görə,bu namizədin kimliyindən asılı olmayaraq hamı xoş-naxoş öz ambisiyasından əl çəkməyə,bir kənara çəkilərək taleyinə boyun əyməyə hazır görünürmüş.

Təbii ki, bu daideal variant deyildi, amma partyanı düşdüyü dalandan çıxrmaq üçün ən münasibyol idi. Ancaq İsa Qəmbər "mən azad və ədalətli seçki istəyirəm” deyə təkidetdi və bununla da bütün siyasi karyerasının ən məşum səhvini buraxdı.

Müsavatda azad vəədalətli başqan seçkisi yalnız İsa Qəmbərin tam neytrallığı şəraitində mümkünola bilərdi və bunun üçün bu neytrallığı qoruyub saxlamalıydı. O belə birqarantiya versə də prosesin gedişində öz vədinə əməl etmədi. Düzdür, açıq-aşkarheç bir namizədin müdafiəsinə qalxmadı, amma tərəzinin gözünü cüzi olaraqindiki başqan Arif Hacılının xeyrinə əydi ki, bu da onun elə cüzi üstünlükləbaşqan seçilməsini təmin etdi. VIII qurultaydan sonra Müsavatı qarışdıran vəonun tən yarıya bölünməsinə gətirib çıxardan təlatüm də məhz bu cüzi dəstəyinucbatından qopdu. Müsavatçılar həmişə sözü bütöv tanıdıqları başqanlarına bunubağışlamadılar. Yanlış anlanılmasın deyə bir məqamı da vuğulayaq ki, problem məhzArif Hacılının dəstəklənməsiylə bağlı deyildi, Arif Hacılı da bu posta haqq edənlərdənbiriydi. Problem, ümumiyyətlə, İsa Qəmbərin tərəf tutmasındaydı. Əgər o beləbir gizli dəstəyi qarşı tərəfə də göstərsəydi, onda Arif Hacılının tərəfdarlarıhaqlı olaraq incik düşəcəkdilər.

Bəzi müşahidəçilərinqənaətinə görə İsa bəy heç də Arif Hacılıya olan aşırı sevgisinə görə yox,praqmatik məqsədlərə görə belə bir addım atmışdı. Onun qənaətinə görə nisbətənsakit təbiətli Qubad İbadoğlunun məğlubiyyətiimpulisiv xarakterə malik Arif Hacılının məğlubiyyətindən daha fəsadsız ötüşəcəkdi.Ancaq bu qənaət özünü doğrultmadı.

Arif HacılınınIX qurultayda da başqan seçilməsi o qədər də rahat görünmür. Artıq təşkilatdakifayət qədər nüfuza malik Tofiq Yaqublu və Yadigar Məmmədli başqanlıq yarışınaqoşulacaqlarını birmənalı olaraq elan ediblər. Hər iki namizədin partiyanınmövcud idarəçiliyinə yönəlik kifayət qədər iradları var və onlar bu gün təşkilatınəvvəlki nüfuzunu itirməsini bu qüsurlu idarəçilikləbağlayırlar.

Təbii ki, indiMüsavatın əvvəlki sanbalda olmamasını təkcə idarəçiliklə bağlı yol verilənqüsurların adına yazmaq olmaz. Çünki ötən qurultayda partiyaya dəyən ağır zərbəninnəticələrini belə tezliklə və ümumiyyətlə nə vaxtsa aradan qaldırmaq əslindəmümkünsüz bir işdir. Xüsusilə cəmiyyətə hakim kəsilmiş belə bir siyasi apatiyaşəraitində bütün bunları idarəçiliyin ayağına yazmaq o qədər də doğru olmazdı. Hərçənd,idarəçilikdə olan qüsurlar barədə də tez-tez mətbuata məlumatlar sızır və buqüsurlar partiya daxilindən daha yaxşı göründüyünə görə indiki opponentlərinsözlərini də qəribçiliyə salmaq olmaz.

Amma idarəçilikqüsurları və bu qəbildən olan çoxsaylı arqumentlər yalnız detallardır. Heç kiməsirr deyil ki, Müsavat başqanı postuna sahiblənməyin yolu hələ də İsa Qəmbərin dəstəyiniqazanmaqdan keçir. Kim bu dəstəyi qazansa başqanlıq postunu da qazanacaq. Sızanməlumatlara görə İsa Qəmbər Arif Hacılıya ikinci dəfə də şans vermək niyyətindədir.Düzdür, qurultay elan olunan vaxtda keçirilsə hələ qarşıda 20 günlük bir müddətvar, siyasətdəsə qərarlar bəzən saatbasaat dəyişir.


Sübhan Mahmudov