adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
28 Avqust 2014 15:14
11695
SİYASƏT

Müsavatçılar kimi başqan görmək istəyir?-Sorğu

Sentyabrın 27-də Müsavat Partiyasının VIII qurultayı keçiriləcək. Qurultay Müsavat başqanlığına yeni şəxsin seçilməsi ilə əlamətdar olacaq. Artıqbu gündən etibarən  namizədliklərin irəli sürülməsi prossesinəstart verilib. Başqanlığa ilkin namizəd gənclərin böyük dəstəyini qazananTural Abbaslı olub. T.Abbaslı ilə yanaşı Müsavat başqanının həbsdə olanmüşaviri Yadigar Sadıqlı da namizədliyini irəli sürüb. Bu iki şəxslə yanaşı partiyanınicraaparatınınrəhbəri Arif Hacılı vəpartiyanın Divan üzvü Qubad İbadoğlunun namizədliyini irəli sürəcəyigözlənilir.


Adalet.az saytı müsavatçılar arasındasorğu keçirib. Onların başqanlığa layiq gördüyü namizədi müəyyən etməyə çalışıb. 

Sorğuda iştirak edən "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu məsələyə lakonik və bitərəfmünasibət bildirib: "Kimliyindən asılı olmayaraq, partiya kimi seçsə onu dabaşqan olaraq qəbul edəcəm".

Partiyanın divan üzvü BəhruzƏsədbəyli bu məsələdə neytral mövqe tutduğunu deyib: "Hər biri ayrı-ayırılıqda layiqli namizədlərdir.Bütün namizədləri dəstəkləyirəm".

Partyanın gənc üzvü CavanşirAbbaslı gəncliyin yanında olduğunu vurğulayıb:"Biz gənclər olaraq, aylar öncədən namizədimizi müəyyənləşdirimişik. Bizimyeganə namizədimiz TuralAbbaslıdır".

"Yeni Müsavat" qəzetinin baş redaktor müavini Azər Ayxan dəyişiklik tərəfdarıolmadığını deyib: "Mən bir müsavatçı olaraqbu məsələdə İsa Qəmbərin başqanlıqda qalmasının tərəfdarıyam. Amma artıq bu məsələ gündəmdən çıxıb, çünkiİsa bəy başqanlıqdan getməklə bağlı qərarını verib. İddialılardan kim başqanlığa daha layiqlidi sualına yox, hansı namizəd başqan olsa bu,  Müsavavat üçün minimum itkilərle müşayiət olanacaq sualına cavab axtarmaq lazımdı. İstənilən halda yeni başqanpartiyada narazıların aktivləşməsi və hətta bəzi istefalarla müşayiət olanacaq.İsa Qəmbərdən sonra onun çapında bir başqanlğa namizəd tapmaq demək olar mümkündeyil. Amma məşhur ifadədə deyildiyi kimi, demokratiyada çarə tükənməz. İnananaq ki, Müsavat bu sınaqdan az itkiylə və az ziyanla çıxa biləcək. 

Partiyanın hazırki başqan müavini Vurğun Əyyub əvvəlki fikirlərində qərarlı olduğunu söyləyib:"Dahaöncəki fikirlərimin üstündə dayanıram. Ən layiqli namizəd Qubad İbadoğlunugörürəm".

Partiyanın daha bir divan üzvü İkramİsrafil namizədinin adını açıqlamayıb, bu barədə danışmağın tez olduğunubildirib: "Hələlik bu məsələ ilə bağlı fikir bildirməkdoğru olmazdı. Təbii ki, mənim də namizədim var. Çox istərdim ki həmin namizədseçkidə qalib gəlsin".

Partiyanın Xaçmaz rayon təşkilatının sədr müavini Könül Mirzəyeva Arif Hacılını dəstəklədiyinideyib.

Gənc müsavatçı KərimKərimli seçiminin Tural Abbaslıdan yana olduğunu bildirib.

Partiyaüzvü Vəfa Cümşüdlü ən layiqli namizəd olaraq Arif Hacılının adını çəkib, səsini məhz onaverəcəyinibildirib: "Uzun illərin sınağından üzüağ çıxmış, həyatını Müsavata və onunideologiyasının həyata keçməsi üçün mübarizəyə sərf etmiş insana- Arif Hacılıyavərəcəm".