adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 Sentyabr 2015 18:30
10627
SİYASƏT

Müsavat namizəd siyahısını açıqladı

Müsavat Partiyası noyabrın 1-dəkeçiriləcək parlament seçkilərinə namizədlərinin tam siyahısını açıqlayıb.



Partiyadan  daxil olan məlumatagörə, namizədlərin siyahısı Müsavat Məclisinin avqustun 29-da keçirilənsessiyasında təsdiqlənib.

 


Seçki qərargahının sədri Gülağa Aslanlı bildirib ki, 70-dən artıq dairə üzrənamizədlərin siyahısı təsdiqlənib. Digər dairələr üzrə namizədlərindəqiqləşməsi işi də davam etdirilir.



Qeyd edək ki, Müsavatın namizəd siyahısında diqqətçəkən bir neçə ad da var.Belə ki, gənclərin əsas lider kimi tanıdığı Tural Abbaslı "Ağ blok” yaradaraq,faktiki olaraq partiyadan ayrı fəaliyyət göstərir. O, namizəd siyahısında yeralmasa da, T. Abbaslının anası Başxanım Abbaslı Müsavatın deputatlığanamizədidir. Bundan başqa, Müsavat üzvü olmayan Azərbaycan Milli DemokratPartiyasının sədri İsgəndər Həmidov da siyahıda yer alıb. Siyahıda ArifHacılının qardaşı Mustafa Hacılı da var.