adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
25 Iyul 2014 14:48
4553
SİYASƏT

Müsavat Milli Şuraya şərt qoydu

"Əgər Milli Şura rəhbərliyi istəsə və bizə müraciət etsə Müsavat Partiyası onlara sessiya keçirmək üçün öz qərargahında yer verə bilər”. Bu fikirləri  Müsavat Partiyası başqanının müşaviri, Məclis üzvü Mustafa Hacıbəyli Milli Şuranın sessiyasını keçirilməsi üçün Müsavat Partiyasının qərargahının təklif edilməsi mümkünlüyünə münsaibətini bildirərkən deyib.

Müsavatçı yetkili deyib ki, onun təmsil olunduğu partiya rəhbərliyi müraciət, yaxud xahiş olunduğu halda müsbət qərar verə bilər: "Çünki Müsavat Partiyası rəhbərliyinə müraciət olunan zaman biz öz qərargahımızı, o cümlədən, ayrı-ayrı otaqlarımızı partiyaların tədbirləri üçün ayırmışıq. Hətta İctimai Palatanın fəaliyyəti zamanı onun bütün iclasları bizim qərargahda keçirilirdi”.

Bu arada Müsavatla kəskin münasibətlərdə olan olan Milli Şura rəhbərliyi adıçəkilən partiyanın qərargahında sessiya keçirmək üçün hərəkətə keçiblər.

Belə ki, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Mehriban Vəzir də bunu istisna etməyib və bildirib ki, münasibətlər pozulmuş olsa da sessiya Müsavat qərargahında keçirilə bilər: "Məncə, müsavatçılar bunu normal qarşılayarlar”.