adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
25 Avqust 2018 13:15
84877
MÜSAHİBƏ

Murad Köhnəqala: "İndiki gənclər pəncərədən o tərəfə keçə bilmirlər"

Bugünlərdə Murad Köhnəqalanın yolu Azərbaycan nəşriyyatınadüşmüşdü. Təbii ki, o, Ədalət qəzetinə də, onun qurucusu Aqil Abbası da ziyarətetdi. Həmişə qələm adamlarını böyük sevgilə qarşılayan Aqil müəllim bu dəfə dəMuradı söhbətə çəkdi. Həmin söhbəti sizə də təqdim edirik.




Aqil Abbas: - Murad, xoş gördük, necəsən?


Murad Köhnəqala: - Yaxşıyam, sizi görmək mənim üçün çox xoşdur.


Aqil Abbas: -İşlərin necəgedir?


Murad Köhnəqala: - Nəşriyyatda Ramiz var, biz ona motor Ramizdeyirik, o gün mənə deyir ki, sənin adın bundan sonra oldu Maxaraşvili.


Aqil Abbas: -Eşitdim,oğlun hərbi xidmətə yollanıb. Sağ-salamat qayıdıb gəlsin. Vətənimizi qorusun.Oxudumu bir yerdə?


Murad Köhnəqala: - Kollec bitirdi.


Aqil Abbas: -İndi sənə əsgəratası deyəcəklər, hə? İl yarım?


Murad Köhnəqala: - Hə,il yarım.


Aqil Abbas: - Yaradıcılıqda yenilik var?


Murad Köhnəqala: - Aqil müəllim, uşaqlar üçün bir povestim var, birdə hekayələrim. Hardasa ona yaxın hekayədir, istəyirəm onları kitab halında çapetdirim. Maliyyə mənbəyi yoxdur deyə kitab ərsəyə gəlmir. Bir ideyam var ki,haradansa maliyyə dəstəyi tapım, kitabı çap etdirim və şəxsən özüm müəssisələrə,partiyalara verim. Tutaq ki, hansısa partiya sədri ilə danışım. Deyim ki, sizinüzvlərin ailələri var, uşaqları var. Qoy o kitabı uşaqlar oxusun.


Aqil Abbas: - Partiyanı qoy bir kənara. QHT olar, qəzet olar,sayt olar. Elə 30 gündəlik çıxan qəzet var, hərəsi 20-sini alsa, 600 eləyir.


Murad Köhnəqala: - Çox istəyirəm ki, o kitabı uşaqlar oxusun. Ordainsana, heyvana məhəbbət var.


Aqil Abbas: - Bəlkə verəsən hissə-hissə çap edək? Qonorar daverərəm.


Murad Köhnəqala:- Olar,verərəm, çap edərsiniz. Qonorarsız işiniz olmur da. Sizə bir şey deyim. "Ədalət" qəzeti həmişə ədəbiyyata qucaq açıb. "525-ci qəzet" də həmçinin. Ədəbiyyatadamları çöllərdə qalıb gülüş hədəfinə çevriləndə siz onlara dəstək oldunuz. Həttasizdən sonra bəzi siyasi qəzetlər də ədəbiyyat səhifələri yaratdılar. Və hətta indikigənclər də sizin dəstəyinizi görürlər və sizə minnətdardırlar.


Aqil Abbas: - Böyük danışmaq kimi çıxmasın, ədəbiyyatın əndurğun vaxtında biz ədəbiyyatı çalxaladıq. Beş dənə ədəbiyyat əlavəsi buraxdıq.İkisində səninlə Samir Sədaqətoğlu idi, qalan üçü isə Yazıçılar ittifaqının xəttinituturdular. Qəşəm Nəcəfzadə, Əsəd Cahangir.


Murad Köhnəqala: - Belə baxanda bizim tərəfimizi tuturdunuz, ammabalansı saxlamaq üçün onlara da yer vermişdiniz.


Aqil Abbas: - Sənə bir şey deyim. Məmməd Araz Cabir Novruzhaqqında qəribə bir söz demişdi. O vaxt Cabir Nomruz baş redaktor işləyirdi, MəmmədAraz isə məsul katib idi. Deyirdi, onun yanına ya povestlə, ya şeirlə gələnlərəoxuyub deyirdi ki, xoşuma gəlmədi.Deyirdilər ki, qaytaraq? Cabir müəllim, deyirdi, niyə ki? Mənim xoşuma gəlməyib.qəzetmənim dədəmin deyil ki. Bəlkə sənin, oxucunun xoşuna gəldi? Axı, qəzet təkcə mənimzövqümlə çap olunmur...

İndi məndə xoşuma gəlməsə belə verirəm gənclərin yazısını. Əgər xatırlayırsansa "Ədalət" qəzeti polemika rinqi açmışdı. Kimhaqlı, kim haqsız idi, görünürdü. Sonuncu dəfə Anar müəllimlə də görüşəndədedim ki, vallah, Anar müəllim, AYO-nun heç bir ziyanı olmadı, polemikalaryarandı, mühit qızışdı. Dedi, düz deyirsən. Bəzi təhqiramiz yazıları çıxmaq şərtiləqalanları ədəbiyyata xeyri olan adamlar idi. Şəxsən mən olanda, lap elə Ədalətdəolan da belə, qoymurdum. Deyirdim, bir adam saxlayın da. Yəni bir adama da olsasimpatiyanız qalmayıb? Məsələn, mən rayona gedirdim, qayıdanda görürdüm ki, aləmqarışıb bir-birinə.


Murad Köhnəqala: - Ədalət qəzeti hətta qonorar da verirdi.


Aqil Abbas: - Bəli, bu ondan irəli gəlirdi ki, mən cavanlıqda o əziyyətigörmüşdüm. Bəzən çap olunmaq üçün bir il gözləyirdin, bəzən heç çap eləmirdilərdə. Dedim, heç olmasa qoy camaat ürəyini boşaltsın da. Şərait yaradaq, bizim çəkdiyimizzülmü yaşamasın.

Bir şairmənə kitab gətirmişdi, inanmazsan, 44-cü kitabı çıxmışdı, amma mən onutanımırdım. Amma Vaqif Səmədoğlunun deyəsən, 4-5 kitabı çıxıb, di gəl ki, adqazanıb.


Murad Köhnəqala: - Aqil müəllim, bayaq dediyim kitabdan danışım biraz. Kitabın elektron variantı hazırdı. İkinci feysbuk romanıdı. Yeni stildi. 20yaşlı bir qızla yazışmışam. Bir romanlıq yazışmadı. Yəni bir Azərbaycanlı gəncqızın problemləri haqqında, onun Şərqin və Qərbin gənclərindən fərqi və s. Əvvəlcəicazə vermədi, sonra razılaşdı. Sonra 5 ay İsveç düşərgəsində oldum. Oradabaşıma nələr gəlib, onları yazmışam.


Aqil Abbas: - Deyirlər ki, bəs, səni göndərmişdilər ki, gedəsən,qalasan, sonra gəlib o düşərgələrin əleyhinə yazasan.


Murad Köhnəqala: - Mən pisləməmişdim, nə görmüşdüm, onu dayazmışdım. Nə üçün getdim, nə üçün qayıtdığımı da yazmışam. Bu da bir kitabdı.Sonra bir proyekt işləmişdim kulisdə. "Dəli dahilər” adlı. Ən maraqlıadamlardan yazılar yığmışdım.


Aqil Abbas: - Onu dəli dahilər yox, qəribə dahilər adlandıraq ...


Murad Köhnəqala: - Bəli. Mən onu kulisə proyekt kimi vermişdim,sonra siyahı uzandı.


Aqil Abbas: - Köşələr yazmırsan?


Murad Köhnəqala: - Yox, köşələri qonorar xatirinə yazıram. Əslində deyim ki, tale məni bu qələmdənasılı eləməsəydi, inan, əlimə qələm almaram.


Aqil Abbas: - Amma yazdıqların qonorar xatirinə yazılanlaraoxşamır axı.


Murad Köhnəqala: - Məsələn, kulisə proyekt vermişəm. Heyvanlarlasöhbət. Qəbul ediblər, deyiblər yaz gəlsin. Mən də yazmışam.


Aqil Abbas: - Məndə qəzet yaranandan Bayat adlı ədəbiyyat səhifəsivar. Bir Füzulinin şəkli var, bir də Üzeyir Hacıbəyovun. Şənbə günləriburaxırdıq. İndi istəyirəm onu ədəbiyyat saytına çevirim. Düzdür, indi ədəbiyyatsaytları və qəzetləri var. Ola bilər ki, səni çağırdım bu yaxında.

Yaxşı,cavanların yazılarına münasibətin necədir?


Murad Köhnəqala: - Çox yaxşı. Bu çətin vəziyyətdə dirənib ədəbiyyatyaratmaq istəkləri əladır. Amma onlarda bir şey çatışmır. Dünya görüşü. Tutaqki, şeirləri pəncərədən baxmaq, küçə, pişik, it, darıxmaq. Pəncərədən o tərəfə keçə bilmirlər. 

Eləbizim gənc Eminquey yazmışdı ki, darıxıram, burada qalmaqla yazmaq olmur. Mən dəona yazdım ki, bala, bir xarici pasport al, min qatara, get Tiflisə. Oradadostlarım var, tapşıracam, qarşılayacaqlar. Get, bir kənar ölkə də gör də. Səninqələmin Biləcəridən o tərəfə gedəcək ya yox, o ayrı şeydi, heç olmasa özün getdə.


Aqil Abbas: - Elə bil, bir az Qərb ədəbiyyatını çox oxuyurlar,onları təkrarlayırlar.


Murad Köhnəqala: - Deyərdim ki, Türkiyədən təsirlənmə də çoxdur.Türk musiqisində də ağlaşma çoxdur. Kərkük ağlaşmaları və s. Hərdən baxıram ki,bu saytlara da hopub. Hansı saytı açırsan, bəd xəbər, cinayət, qətl. Öz-özümədeyirəm ki, yəni bu ölkədə bir şad xəbər yoxdumu? Bir inək bala vermədimi?

Yaradıcılıqdada elə olmalıdı. Ancaq ağlaşma olmaz axı.

İndiki gənclərinistedadla sızıldamaqlarından canlarını qurtarsalar, yaxşı olar. Dindən arınsalarəla olar. Onsuz da ruhaniyyət hamıda var. Məsələn, Dostoyevskidə də ruhaniyyətvar idi, Hüqoda da. Elə biri siz. Dindar deyilsiniz, amma qəlbinizdə ruhaniyyətvar.

Hərdəndeyirəm ki, bir şey tapıb Aqil Abbasa hücum çəkirlər, Fazil Mustafaya həmçinin. Tanıdıqları fəal deputatlarbunlardı. Deyirəm, bunları niyə söyürsünüz? Nə edirlərsə, bunlar edirlər də.

Bir dəfəZəlimxan Yaqubla görüşməyə getdim. Bir xeyli adam yığılmışdı şikayət üçün.Bütün deputatlar gəlib keçdilər. Birdən Zəlimxan dedi ki, mənimlə bağlı şikayətiolanlar gəlsin. Hamı axışdı onun yanına. Soruşurdu şikayətini, zəng edirdi, yanına gələn hansı rayondandırsa onun icra başçısına, gələn adamı yaxın qohumukimi təqdim eləyirdi, onun işini düzəlirdi.


Aqil Abbas: - Zəlimxandan birini də mən danışım. AğcabədidəHind arxı deyilən qəsəbə var. Bir dəfə Hind arxlılar qabağımı kəsdi. Dedilər,Aqil müəllim, Zəlimxan gəlmişdi, buranın çayxanasında çay içirdi, hamımızyığışdıq başına, söhbət elədik, çox səmimi adamdı. Onu bir də gətirin, görüşək.

İndi sənəçox suallar verə bilərdim, bu söhbətin oxucusu daha çox olardı. Amma biz buradava eləməyə gəlməmişik. Dedim, bir söhbətləşək, dərdləşək. Qismət olsun,qarşıdakı günlərdə səninlə bir ədəbiyyat saytı qurub işləyərik.


Murad Köhnəqala: - Çox sağ olun!



Söhbəti qələmə aldı: Emin Akif