adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
30 Iyun 2020 10:45
83982
MƏMLƏKƏT

Müqəddəs yolun yolçuları: Kapitan Mirzə Atakişiyev zirvəsi...

Bu gün əzəmətli, möhtəşəmdağların əzəmətli, möhtəşəm oğlu kapitanMirzə Atakişiyevin anım günüdür.1992-ci ilin bu günü onun vətən üçün çarpan ürəyi erməni cəlladlarının, erməni qəsbikarlarının gülləsinə tuş gəldi. Allah bilir, ovucboyda o ürəkdə vətənin- elin gələcəyi üçün qurulmuş neçə arzular tar-mar oldu... Allah bilir...

Onu tanımayanlara, xüsusən gənc nəsləhər sahədə örnək ola biləcək bir eloğlumuzu təqdim edirik:

Atakişiyev Mirzə Şükür oğlu 10oktyabr 1949-cu ildə ziyalı ailədə anadan olub. Uşaq yaşlarında əvvəlcəanasını, onun ardınca isə atasını itirib. Baxmayaraq ki, 5 yaşından, ana-ata nəvazişi görmür, amma böyük bacısı Məleykənın himayəsində qalır, irsən keçən xüsusiyyətlər hesabına tərbiyyəsi iləatalı-analı uşaqlardan, nizam-intizamı, təhsilə olan marağı ilə məktəbdəkişagirdlərdən geri qalmır. Hətta hər iki sahədə öndə olur, müəllimləri, məhlənincamaatı ondan "sitat” çəkirlər: Baxın, Şükürün oğlu Mirzəyə, nə atasıyoxdu, nə anası, amma həm ağıllı uşadı,həm əlaçı...”

Bax, onda özündən başqa yalnız iki qardaşı vəiki bacısı olan balaca Mirzə Kəlbəcər1 №-li orta məktəbində bütün çətinliklərə rəğmən kitablarından yapışdı, gələcəyinə sarıldı. Orta məktəbi bitirib ali məktəbə - indiki Azərbaycan Neftvə Kimya Akademiyasına daxil oldu. Onun uğuruna hamı sevinirdi. Ona analıq edənbacısını təbrik edənlərin sayı –hesabıyox idi. Bacı isə sevincdən axan göz yaşlarını əlinin arxası ilə silib gülə-gülə: "Mən bilirəm eeyy, mənim qardaşım böyük adam olacaq”.

Beləcə, yüksək qiymətlərləakademiyada da tay-tuşlarından seçilir. III kursunda isə sovet ordusuna əsgəri xidmətə çağrılır. Həştərxanda üç illikəsgəri xidməti bitirdikdən sonra həyata baxışları tamam dəyişir. Hərb işi onadaha cəlbedici, daha maraqlı gəlir. Odur ki, sənədlərini Ufa Polis Akademiyasına verir. 3illik hərbixidmətdə mənimsədiyi bütün keyfiyyətlər: nizam-intizam, hərbi biliklər, hərbitaktika burda onun işinə yarayır. Əla qiymətlərlə akademiyanı başa vurur.

Yay tətilində -1977-ci ilin istiyay günlərini sərin, doğma yurduna-Kəlbəcərə gəlir. Ana əvəzi bacısı Məleykəboylu-buxunlu, yaraşıqlı qardaşı üçün əl-ayağa düşür. Axı, Mirzənin evlənmək vaxtıydı. Axı,Mirzə ilə nəinki qohum-əqrabalar, elə bütün kəlbəcərlilər fəxr edirdi. çünki, uşaqlığında da, gəncliyində də ünvanına yalnız"yaxşı”, "ağıllı”, "tərbiyəli” kimi sözlər gəldi. Məleykəyə heç kimi bəyəndirmək olmurdu. Dünyalar qədər sevdiyiqardaşına qonum-qonşunun məsləhət gördüyü heç bir qızı yaraşdımırdı, hərəsində bir "defekt” tapırdı:Yoxey, o qızın boyu gödəkdi, yox, bu qız hörüklərin kəsdirib, filankəs çox qaşqabaqdı”.

Tətilin tez bitəcəyinin qorxusdan "dərdini” qardaşınadeyir:Ay qağa, evlən, oğul-uşaq sahibi ol, dədəmin-nənəmində ruhu sevinsin, həmdə vaxt ötür. Özün seç, bax, bəyən, mən elçi gedim”.Bacısının "məsləhətini” başını aşağı salaraq dinləyən, dodağının altındaastadan gülümsəyən Mirzə astaca, lap xəlvəti səslə bacısına xısıldayır: Qıztapmışam!

-Başına dönüm kimdi?

-Bilmirəm kimdi. Bulağınbaşındaydı, ağbəniz, burma saclı qız idi...adını da öyrənə bilmədim...

Bacı əməlli-başlı dilxor oldu.Üzünü evə tutub, oğlunu harayladı: Ayə. ay Hikmət, ə bura gəl! Dayınla gedərsənbulağın başına, gözləyərsən, gör dayın kimi nişan verir, qızınatasının-anasının adını öyrən, gəl mənə de!Di, durun gedin!”

Məleykə onları yola salandan sonra, "məlumbulağın” həndəvərinə bir qiyabi "tur”"düzənlədi”. Ha aradı, ha axtardı, orda Mirzənin dediyi "ağbəniz”, "burmasaç” qız tapa bilmədi. Nigarançılıq qəlbini bürüdü, rahatlıq tapa bilmədi. Mirzə iləHikmət həyətə girənə qədər Məleykə həyətin o başına, bu başına bəlkə də 50 dəfəvar-gəl eləmişdi. Hikmət darvazadan içəri girəndə, anasının narahatlığını o dəqiqə hiss elədivə ucadan güldü:”Ay ana, başıyın dəstəsini də götür, Məmməduşağı tirəsindənolan Hüseyn kişinin, Səriyyə xalanın qapısına get, gör qızlarını mənim bu"simpatiçni” dayımaverərlər?



Məleykə sevininə-sevinə əyin-başınıdəyişib, evdən hövlanak çıxdı, darvazanın ağzına çatanda yadına nəsə düşdü, başını geri döndərib:

-A bala, qızın adı nə idi?

-Ana, ortaməktəbi ötən il bitirib, adı Məhluqədi ey, Məhluqə!

Hikmət Məhluqə adını ikinci dəfə çəkəndə artıq Məleykə ordan uzaqlaşmışdı.

Tez bir zamanda Oğuz elində bir toy məclisi quruldu.Kəlbəcərdə uzaq Rusiyada ali məktəboxuyanoğlanıntoyuna onu şəxsən tanıyanlarda, tanımayanlarda iştirak etdilər.Hər halda Kəlbəcərin fəxriydi, Kəlbəcərin adınıuzaq Rusiyaya tanıdan bir eloğlu idi...O toyda iştirak etməyə dəyərdi.

Məhluqə xanım, özünü sankinağıllar aləmində hiss edirdi. Bəli, Kəlbəcərə dünyanın o biri başından gələnağ atlı oğlan, əsl şahzadə onu taleyinin yarı olmuşdu. Sevgi üzərində qurulan,bütün nəslin, el-obanın xeyir-duasını alan bir gənc ailə həyata atılmışdı. Buevi daha işıqlı edən, necə deyərlər, "gözlərinin ilk ovu” olan İlqar adlıoğullarının dünyaya gəlişi oldu. Artıq gənclərin ürəyi vətən istəyirdi. Xüsusən,"ana uşağı” olan Məhluqə həyat yoldaşına bildirməsə də, Kəlbəcərin hər bucağı üçün burnunun ucu göynədiyinifərqindəydi. Həmişə ciddiliyi, sakitliyi, eyni zamanda həssaslığı ilə ailədə dərinhörmət abu-havası yaradan gənc ər 1978-ci ilə Rusiya ilə vidalaşıb, Azərbaycanadöndü. Yurda dönüşün sevinci, sonra Məzahirin doğulması, daha sonra Nicatınqığıltı səsləri bu ocaqdan yüksəlməyə başladı.Ailəyə İlahə adlı yeni bir körpənin də gəlişi onları daha çox xoşbəxt etdi. Xoşbəxtlik ard-arda düzülmüşdü sanki...

Atakişiyevin Rusiyada işləyərkənqazandığı naliyyətlər Azərbaycanın güc strukturlarının gözündən yayınmadı. Yuksəkpeşəkarlıq nəzərə alınaraq ona cənubzonasında polis rəisi vəzifəsini məsləhət gördülər. Etiraz etdi. O, Qarabağzonasında ən adi bir iş istəyirdi. Həminvaxt Kəlbəcərdə Mirzə müəlliməuyğun bir iş yeri olmadığını görüb, onuyaxın bir rayona- Ağdam rayon Şahbulaq qəsəbəsindəki İslah-əmək düşərgəsinərəis müavini göndərdilər.

M.Atakişiyevin böyük oğlu hərbçi zabit, kapitanİlqar Atakişiyev həmin illəri yadasalır:

-Mən 1978-ci il təvəllüdlüyəm.Yəni, müharibə başlayanda nəolub-bitdiyini anlayacaq yaşda idim. Atamla necə fəxr etdiyimizin, onu yerli əhalitərəfindən , eləcə də işlədiyi ərazidə dövlət qulluqçusundan tutmuş, məhbuslara qədər böyük hörmət vəehtiram göstərildiyini yaxşı xatırlayıram. Ümumiyyətlə, heç unuda bilmirəm. Atam 29iyul 1992-ci ildə şəhid oldu. Şahidlər söyləyir ki,sübh tezdən islah-əmək düşərgəsinin rəismüavini Mirzə Atakişiyev Ağdamın Papravənd kəndində yerləşən ərazini nəzərdənkeçirirdi. Hər tərəf qatı sıx dumana bürünmüşdü. Ömrü boyu dağlarda böyüyən peşəkarmütəxəssis səmanın aydınlığından, havanın quru olmasından bunun adi dumanolmadığını duydu. Diqqətlə ətrafı peşəkar hərbçi baxışları ilə yoxlamağabaşladı. Bu zaman dumanın içi ilə düşərgəyə doğru irəliləyən erməniləri gördü.Cəld məhbuslar yatan barakın qapısını açıb əmr etdi:

-Uşaqlar, qalxın! Kim bacarırsa,Ağdama tərəf qaçıb, canını qurtarsın. Ermənilər düşərgənin ərazisinəsoxulublar. Mən onların qarşısını saxlayacağam...

Yatmış məhbuslar yerlərindən dikatıldılar. Geyinməyə macalları hardaydı ki, elə yataq paltarında bayırayüyürdülər. Rəis müavini Mirzə Atakişiyev seyfi açdı. Tələsdiyindən açar-qıfılıda cibinə qoydu. Seyfdəki sənədlər olan qovluqları götürdü. Vur-tut iki avtomatlarıvar idi. Birini çiyninə saldı, ikincisini sağ əlinə alıb şəhadət barmağını tətiyinüstünə qoydu və çölə atıldı. Artıq ermənilər lap yaxında idi. Məhbuslardan birihəyətdəki maşına tərəf yüyürdü. Kabinanın qapısını açıb minmək istərkən düşməngülləsi onu haqladı.

-Uşaqlar,tez taxılın içinə girin!-deyə, Mirzə müəllim məhbuslara yol göstərdi, özü dətaxılın içinə girib mövqe seçdi və barmağını tətiyə sıxdı. Avtomat şaqqıldadı vəilk öndə gələn 6 erməni yerə sərildi. Düşmən çaşdı. Axımüqavimətə rast gələcəklərinə ümid etmirdilər. Çünki düşərgənin mühafizə dəstəsininolmadığını dəqiq bilirdilər. Qabaqda gedən ermənilərin vurulması düşmənin irəliləməsiniləngitdi və məhbusların taxılın içərisinə girib gizlənməsinə, qaçmasına şəraityaratdı.

-Mirzəmüəllim, siz də qaçın!-deyə, məhbusun biri onu çağırdı. 

-Bualçaqların qarşısından nə vaxta qədər qaçacağıq?!-deyərək, Mirzə müəllimavtomatı əlində bərk-bərk sıxdı. Yaralı məhbus da sürünüb taxılın içinəgirmişdi və ondan bir qədər aralıda yıxılıb qalmışdı. Yarım saat təkbətək düşmənlədöyüşdü. Ermənilərin irəliləməsinə imkan vermirdi. Artıq məhbuslar taxılın içiilə qaçaraq ölümdən uzaqlaşmışdılar. Bu vaxt Ağdərədən Ağdama tərəf uçan raketlərigördülər. Ani olaraq Şahbulaqda qalmış dörd körpəsi gözlərinin önündəcanlandı-Görəsən, raketlər haraya düşdü-deyə, xəyalındankeçirdi. Təhlükəsizliyini unudaraq başını azacıq qaldırıb Şahbulağa tərəfboylandı. Bayaqdan hədəfini axtaran düşmən plamyotu onu tutdu.Güllələr şaqqıldadı və kapitan MirzəAtakişiyevin 42 yaşlı ömrünə nöqtə qoydu...


Ermənilərtaxıl zəmisini ələk-vələk etdilər. Nə yaralıməhbusu, nə də cəsur kapitanın cəsədini tapa bilmədilər.Bu vaxt Ağdama qaçan məhbuslar şəhərə hay salmışdılar. Yerli batalyonun komandiri Allahverdi Bağırovunrəhbərliyi ilə Ağdam döyüşçüləri haraya gəldilər. Lakin artıq gec idi. Düşməndüşərgənin mal-qarasını, qoyun sürüsünü götürüb aparmışdı.

Altısaatlıq axtarışdan sonra yaralı məhbusu və M.Atakişiyevin cəsədini tapdılar.Avtomat sinəsində, yarıoturaq vəziyyətdə barmağı tətiyə sıxılıb qalmışdı. Açıqqalmış gözləri sevdiyi Vətənin göylərinə dikilmişdi. Qoltuğundan yana sürüşən sənədlərqana bulanmışdı. Ətrafında xeyli boş gilizlər səpələnmişdi. Ermənilər onun cəsədinitapmaq üçün ətrafını axtarmışdılar. Lakin taxıl sünbülləri baş-başa verərəkyaralı məhbusu və şəhid olmuş kapitanı gizlətmişdi...İnanırsınız, nə həmin kolonun işçiləri, nə məhbusları atamın dəfnindəimkan vermədilər ki, mən heç olmasa bir dəfə doğru düzgün çiynimi tabutunaltına verim.. Elə bil sözləşmişdilər...Elə bil hər biri ən doğma, ən əzizadamının dəfn mərasimindəydi. Mən indiyənə qədər elə bir izdiham, elə bir sevgisərgisi görməmişəm.

-İlqar,bayaq "Dolu” filmi haqqında danışdınız...

- Bilirsiniz, yazıçı Aqil Abbasınmüəllifi olduğu "Dolu” romanın motivləri əsasında çəkilən eyni adlı filmi ilk dəfəgörəndə dərin sarsıntı keçirdim. Aqil müəllim mənim atamı da filminə daxiledib. Şahidlərin danışdığı eyni hadisələr, eyni nəticə, eyni insanlar(obraz)... Məkan da Ağdam...( konkret ad çəkilməsə də)...İnanırsınız, dəfələrləo filmə baxanda, məlum obrazı görəndə"Atamdı, atamdı!O, mənim atamdı” deməkdən çəkinməmişəm. Mən bilirəm ki,o vaxt Şahbulaq hadisələri nəinki rayonda, bütün respublikada rezonansdoğurmuşdu və inanıram ki, bir ağdamlı kimi Aqil Abbasda həmin hadisədən təsirlənmiş,məlum hadisəni romanına daxil etmişdi. Hətta o vaxtın dövri mətbuatında buhadisələr haqqında, xüsusən məhbusların həyatını ölümdən qurtaran atam haqqındageniş məqalələr vermişdilər.

-İlqar,eşitdiyimə görə, qardaşınız Məzahir də hərbçidir...

- Bəli, valideynlərim bizə elə tərbiyəverdilər, elə örnək oldular ki, ayrı peşənidüşünmək ağlımıza da gəlmədi...Məzahir hazırda Azərbaycan ordusunda polkovnik-leytenant kimi xidmət göstərir. Ailəlikcəarzumuz odur ki, müharibə olsun, səfərbərlikolsun, biz də öz yurdumuzu işğaldan azad edək!Biz hər üç qardaşın ən böyükarzusu Qarabağı əsarətdən qurtarmaq, atamın Ağdamda qalmış qəbrini ziyarət etməkdi.

İlqarla söhbətimizin lap əvvəlindənşəhid kapitanın ömür-gün yoldaşı Məhluqəxanımın göz yaşları bizi müşayət etdi:

-Məhluqəxanım, 4 övlad böyütmək, onları ləyaqətlə tərbiyə etmək vətənə layiqli övladkimi yetişdirmək çox çətin bir missiyadır. Sizbunu bacardınız! Sizə bir sual verəcəyəm.Amma xahiş edirəm, səmimi cavab verin...Həyat yoldaşınızın vətən yolunda şəhid olmasına, başınızın üstündə olmamasınanə vaxtsa, heç üzülmüsünüzmü? Qınadınızmı onu?

- Çox ağır günlər keçirdim, çox.Xüsusən, öhdəmdə 4 körpə uşaq Bakıyapənah gətirdiyim o günləri unuda bilmirəm. Bizi şəhid ailəsi kimi sahibiRusiyaya qaçıb getmiş bir erməni evinə yığdılar. Iki otaqlı rahat mənzil idi.Evə yığışdıq və yenidən gücümüz müqabilində oranı təmir etdik, bir neçə əşya aldıq...bax elə ogündən düz 2008 –ci ilə qədər günümüzqara oldu. Evin sahibi, Rusiyada yaşayan Taisia Petrovna Osipovanın, əri Vyaceslav XacaturovicOsipovun və onların oğlu Vilen Osipovuniddia ərizəsi ilə bizi məskunlaşdığımız Binəqədi rayonu, Mir Cəlal küçəsi 7, mənzil47 ünvanından çıxarılması ilə bağlı Binəqədi məhkəməsinə müraciət etdilər.Maraqlıdır ki, biz ora 1993-cü ilin avqustunda köçəndən 2 ay sonra o vaxtki Binəqədiicra hakimiyyətinin başçısının tapşırığı ilə ev Taisia Osipovanın adına rəsmiləşdirildi.Məsələyə 7 məhkəmə instansiyasında baxılsa da, neçə illər məhkəmə qapılarındasürünsək də, 2008-ci ildə qərar ermənilərinxeyrinə həllini tapdı. Ali Məhkəmənin qərarından sonra qərar icraya yönəldildivə bizi ailəlikcə evdən zorla bayıra tökdülər. İndi sizə xronikanı danışıram,amma o vaxt sözün həqiqi mənasında ailəlikcə böyük bir faciə yaşadıq... Bizimsimamızda bir Azərbaycan vətəndaşı, bir məcburi köçkün, bir şəhid ailəsi ən böyük haqsızlığın qurbanıoldu! O vaxt Binəqədi məhkəməsini hakimi də, Ali Məhkəmənin hakimi də, erməniailəsinin vəkili də - hamısı azərbaycanlı idi. Övladlarım haqsızlığa düçarolanda, başımızın üstündə Mirzə kimi birkişinin olmaması....( ağlayır)...İfadə edə bilmirəm, o vaxt mən və balalarım nələrçəkdik...Bax, onda əşyalarımız çölə töküləndə, Mirzəni qınadım! Bax, onda dedimki, kaş şəhid olmayaydın, canını qurban verdiyin müqəddəs ideyaları Bakının mərkəzindətapdaq altına düşdüyünü özün görəydin, kaş, özün bunun cavabını verə biləydin...Amma, qızım, o sözü əsəbləşib demişdim, haqsızlığa uğramışdım deyə, demişdim. Mənheç vaxt nə yoldaşıma, nə də oğlanlarıma yol göstərməmişəm. Əksinə onlarıntutduqları yolu təqdir eləmişəm, dəstək olmuşam!Bu gün müharibə başlasa, səfərbərlikolsa, mən oğlanlarıma qətiyyən "getmə” demərəm.Çünki desəm də, xeyri yoxdu... Onlar gedəcək, ataları kimi ən çətin yolnədi, onu seçəcəklər....

Yeri gəlmişkən, qeyd edim, Mirzəninşəhidliyindən 2 -3 gün sonra DİN-dən ona mayor rütbəsi gəldi. Çox təəssüf ki,bu haqqında həyat yoldaşım heç nə bilmədi, bircə dəfə də olsa o paqonları çiyinlərinətaxa bilmədi. Hətta publisist İdris Verdiyev Mirzə Atakişiyev haqqında kitab dərc etdirəndə o kitaba"Taxılmamış mayor paqonu” adını verdi.

-Məhluqə xanım, övladlarınızın hamısı ali savadlıdır, ailə-uşaq sahibidirlər!Xoşbəxtdirlər!Ürəyinizdə başqa arzunuz qalıbmı?

-Əlbəttə qalıb! Həyatım çox gəncikən param-parça olduğuna baxmayaraq, bir anakimi xöşbəxt anayam-valideynəm!Amma bir yurdun çarəsiz övladıyam.Yurdumdan yüzlərlə kilometr uzaqdayam! Kəlbəcərmənə xoşbəxtliyi hiss etməyə imkan verməyən ən böyük yaramdı... O yara məniyandırır! Bir də 28 ildi yolumuzu gözləyənAğdamdakı o məzar məni yandırır! İki əziziməqovuşmaq istəyirəm: bir əzizim Kəlbəcər,bir əzizim Mirzə! Allah yolumuzu açsın!

-Amin!Bu günkü, görüşə, söhbətə görə hər birinizə təşəkkür edirəm!


Əntiqə Rəşid