adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Iyul 2020 12:00
16556
DÜNYA

Müharibədə olduqlarını unutdular

Dünyada baş vermiş müharibələr itki və verdiyi zərərlərdən əlavə müddətinəgörə də qiymətləndirilir. Dünya tarixində ən uzun müddətli müharibə 335 il çəkib.

1651-1986-cı illər arasında baş verən müharibə Hollandiya və Skilliadaları arasında olub. 1986-cı ildə imzalanan müqavilə ilə müahibə başa çatıb.Maraqlısı odur ki, bu müharibə zamanı heç bir döyüş olmayıb. Müharibənin başlama səbəbi isə İngiltərə vətəndaşmüharibəsi ilə bağlıdır. Ingiltərədə kral tərəfdarları məğlub olduqdan sonra cənubdakı Komvel vilayətinə qaçmışdılar. Oranın da ələkeçirilməsindən sonra Skilli adasına qaçmaq məcburiyyətində qaldılar.Hollandiya isə bu zaman parlament tərəfdarlarını müdafiə etdiyə görə adayamüharibə elan etdi. Daha sonra ada parlament tərəfdarları tərəfindən ələkeçirildi.

Sonradan hər iki tərəf müharibəni unutdu. 1985-ci ildə Skilli adalarınınkonsulu unudulmuş müharibənin fərqində oldu və Londondakı Hollandiya səfirliyinəmüraciət etdi. Nəzəri olaraq hər iki tərəfin müharibə vəziyyətində olduğuortaya çıxdı. Bundan sonra tərəflər 1986-cı ilin 17 aprelində müqaviləimzalayaraq 335 illik müharibəyə son qoydular.

Böyük Britaniya və Zənzibar arasındakı müharibə isə ən qısa müddətlimüharibə kimi tarixə düşüb. Cəmi 38 dəqiqə davam edib. Səbəbi isə ingilis tərəfdarıolan sultanın ölməsindən sonra onun yerinə oğlunun yox, Xalid bin Bağaşın keçməsiidi. O isə Britaniya asılılığını sona çatdrımaq istəyirdi. 27 avqust 1896-cıildə saat 9-da ingilislər ilk atəşi açdı. Baş verən itkilərdən sonra Barğaşalman konsulluğuna sığınmalı oldu. Nəticədə ingilis tərəfdarı Hamud bin Muhəmmədhakimiyyət gəldi.

Emin Piri