adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Aprel 2014 13:24
5941
MƏMLƏKƏT

Müharibə veteranları “Space”-ə qarşı

"Şair-tamada Nazilə Səfərli"Space”in efirində yayımlanan "Qonaqlıq" verilişində müharibəveteranlarını təhqir edib”. Bunu Qarabağ müharibəsi veteranı Kamaləddin Hüseynov deyib. 


O, bildirib ki, ötən gün "Space” telekanalındayayımlanan "Qonaqlıq” verilişində Nazilə Səfərli açıq şəkildə müharibəveteranlarını aşağılayan fikir səsləndirib: "Çəkiliş onun evindən aparılırdı. Aparıcı Nazilə Səfərlidənsoruşdu ki, evin bazarlığını kim edir? O, isə cavabında dedi ki, "özüm, mən bumövzuda yoldaşıma etibar etmirəm. Çünki 1 kilo kartof alır, o da dərmə-deşik.Sanki, müharibə veteranına oxşayır”. Bu nə sözdür, belə özbaşınalıq olar?”. Onunfikrincə, N. Səfərlinin bu bənzətməsini veterenlar üçün təhqirdir. K. Hüseynovdeyib ki, N.Səfərli bu hərəkətinə görə cavab verməlidir: "Hazırda Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq MühafizəOrqanları Veteranlar Şurasının Yasamal rayon təşkilatındayam. Bu xanım bizi təhqiredib. Biz onu bağışlamayacağıq. Lazımı orqanlara müraciət edib, ölçü götürülməsinitələb edəcəyik”.