adalet.az header logo
  • Bakı -°C

Müharibə gələn ildə davam edəcək... - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
270 | 2025-12-24 09:55
A- A+

NATO Rusiya ilə qarşıdurmadan çəkinir?

 Avropa dövlətləri Rusiya-Ukrayna müharibəsinin ABŞ prezidenti Donald Trampın təklif etdiyi şərtlərlə dayandırılması ilə razılaşmırlar. Çünki, Rusiyanın faktiki olaraq xeyrinə hesablanmış "Trampın sülh planı", əslində Ukraynanın kapitulyasıyası və Avropanı təhlükə qarşısında qoymaq deməkdir. 

 Qərb liderləri hesab edirlər ki, münaqişə tərəfləri bu şərtlərlə razılaşma əldə edəcəyi təqdirdə, Putinin imperiya iştahı bir azda artacaq və növbəti həmlələri Avropa- yəni NATO ölkələri olacaq.

  Əvvəl-axır ABŞ prezidentinin Ukraynanı alçaldıcı razılaşmaya razı sala biləcəyinə əmin olan Rusiya, ara-sıra NATO ölkələrini "dişlərinə vurmağa" başlayıblar. Polşanın, İsveçun  hava məkanlarını  kəşfiyatçı dronlarla pozur,  bir qrup əsgəri NATO dövləti Estoniyanın  quru sərhədlərini pozaraq ərazilərinə daxil olur, Alyansdan isə, səs -səmir çıxmır.

 Əvəzində, Almsniyanın müfafiə naziri Boris Pistorius və Finlanfiyanın prezidenti Aleksandra Stubba bəyan edirlər ki, Rusiya heç vaxt Avropa ölkələrinə ( NATO-ya) hücum etməz.

 Rusiya Təhlükəsizlik şurasının sədr müavini, "klaviatura qəhrəmanı" Dmitri Medvedev onların bu bəyanatlarına "X" sosial şəbəkəsində faktiki olaraq ironiya ilə cavab verib. "Avropalı "sülhməramlılar" məni təəcübləndirir. Pistorius Rusiya ilə NATO arasında müharibə ola biləcəyinə inanmır, Stubb isə etiraf edir ki, Rusiya alyans ölkələrinə hücum etməkdə maraqlı deyil. Nə baş verir, bunlar artıq qorxudan ayıllnlar?"

 Qərbin bir sıra siyasilərinin, "Vladimir Putinin hakimiyətdə olduğu dövrdə müharibənin dayandırılacağına şübhə ilə yanaşmaları" özünü doğrutmaqdadır. Belə ki, ABŞ rəsmiləri (vitse-prezidrnt Cey Di Vens) Ukrayna münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı, Mayamidə Rusiya-ABŞ nümayəndə heyyətlərinin apardığı danışıqları "irəliləyiş" kimi qiymətləndirərək, konstruktiv və səmərəli olduğunu  bəyan etmələrinə rəğmən, Rusiya tərəfi, prezidentin mətbuat katibi Dmitri Peskov isə, "İzvestiya" qəzetinə müsahibəsində bəyan edir ki, "danışıqları irəliləyiş kimi qiyməyləndirmək olmaz".

  Lakin, ABŞ hələ də, ümidini itirmir. Tramp administrasiyası  hesab edir ki, Rusiya ilə dialoqu gələn ildə davam etdirmək lazımdır... 

Yəni, müharibə hələ gələn ildə davam edəcək...

 

  • Noyabr:
  • 28

TƏQVİM / ARXİV