adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
25 Iyun 2020 10:49
42700
ŞOU-BİZNES

Müğənni fəryad etdi:” Ailəmizi dağıtdılar…”

Atasının ölümü ilə hələ də barışa bilməyən müğənni SəidəDadaşova Xalq artisti Rafael Dadaşov haqqında "5/5" verilişində maraqlıaçıqlamalar verib:

"Nə olsun ki, anam var. Atamın əmisiqızıdır,münasibətimiz normaldır. Allah canını sağ etsin. Amma atam mənə həm analıqedib, həm atalıq. İnsanın həm bioloji anası olur, həm qayğısına qalan,boya-başa çatdıran. Anam məni boya-başa çatdırıb, amma atamın sayəsindəayaqlarım üstündə durmağı öyrənmişəm".

Adalet.az xəbər verir ki,sənətçi bu vaxta qədər heçyerdə danışmadığı məsələlərə də aydınlıq gətirib.

O, anası Sədaqət Dadaşovanın atasından ayrılmasını qəbuledə bilmədiyini deyib: "Heç kimi danmıram, hamının canı sağ olsun. Atammilyonların sevimlisi xanımların yuxusu idi. Qadınlar yoldaşı yanında ola-olaatama sevgi etirafı edirdilər. Kişinin tək bir qadını sevməsi onun üçün xoşbəxtlikdeyilmi? O, yalnız birini sevdi, seçdi. Bir kişi kimi onu sevmədilər, xoşbəxteləmədilər. Onun qədrini bilmədilər. Atam ömürboyu özünü ailəsinə,balalarına həsr elədi. Bu ailə dağılmamalı idi. Bir var ki, dağıldı, bir də varki, dağıtdılar. Bilmədiyiniz məqamlarvar".

Əntiqə Rəşid