Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başladı
Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin elektron sənəd qəbulu mərhələsinə start verilib.
Bu barədə Adalet.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində kimlə iştirak edə bilərlər?
Müsabiqədə dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında fasiləsiz olaraq 3 tədris ili çalışan şəxslər iştirak edə bilərlər.
Müəllimlər təhsilverənlərin sertifikatlaşdırılması (test və müsahibə mərhələsində uğur qazananlar), müəllimlərin işə qəbulu müsabiqəsi və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, onların üstünlük verdikləri balla müsabiqəyə qatılmaq hüququ var.
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində iştirak üçün nə vaxta qədər qeydiyyatdan keçə bilərlər?
Müəllimlər 10 aprel saat 11:00-dək www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.
Sosial amillərlə bağlı elektron ərizəyə hansı sənədlər yüklənilməlidir?
Müsabiqə şərtlərinə uyğun olaraq, sosial amillərlə bağlı elektron ərizəyə aşağıdakı sənədlər yüklənilməlidir:
Əri və ya arvadı hərbçi olduqda:
nikah haqqında şəhadətnamənin surəti;
ər və ya arvadın hərbçi olduğunu təsdiq edən vəsiqə və ya arayışın surəti.
Şəhid ailəsi üzvü olduqda:
şəhid ailəsi üzvü olduğunu təsdiq edən sənəd və ya vəsiqənin (doğum haqqında şəhadətnamənin) surəti;
İş yerini faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirdikdə:
həmin ərazidə yaşadığını və ya qeydiyyatda olduğunu təsdiq edən sənədin surəti.
Yuxarıda qeyd olunan şərtləri ödədikdə:
sosial amilləri təsdiq edən bütün sənədlərin surəti.
Qeyd olunan amilləri təsdiq edən sənədlərin hər birini bir vahid faylda toplayaraq elektron ərizənizə yükləməyiniz tələb olunur.
Digər Xəbərlər
23 Mart 2026 12:12
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak etdi - FOTOLAR
19 Mart 2026 10:39
Dövlət qulluqçularının əməkhaqqı sistemində əlavələr ləğv edildi
18 Mart 2026 19:00
Ağalı kənd məktəbinə yeni direktor təyin edildi
18 Mart 2026 11:15
TKT imtahanına qeydiyyat aparılır
17 Mart 2026 14:47
Azərbaycan Universitetində Dünya Sosial İş Günü qeyd olunub
17 Mart 2026 14:20
Xaricdə ali təhsil alan 181 nəfər peşə tanınması imtahanı verib
17 Mart 2026 13:23
Məktəbdə uşağı döyənlər 200 manat cərimələnəcək
17 Mart 2026 12:04


Bakı -°C

