adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
08 Fevral 2018 11:56
65837
LAYİHƏ

Müəllim şagirddən rüşvət ala bilər, amma... – DƏRS OTAĞI

"Dərsotağı” adlı layihə sayəsində müəllimlərimizin həyathekayətləri, müəllimlik fəaliyyətləri, şagirdlərlə münasibətlər, yaşadıqlarıçətinliklər haqqında öyrənə biləcəksiniz. Bizi yetişdirən və cəmiyyətə qazandıranmüəllimlərin həyatına işıq tutan layihədə "uşaqların şəhəri"nə dəbərabər səyahət edəcəyik. Layihənin bu dəfəkiqonağıBakı şəhəriNizami rayonunundakı orta məktəblərin birindədərs deyən Elnaz Eyvazlıdır.


Qısa tanışlıq

Elnaz Nadir qızı Eyvazlı, ədəbi imzam Elnaz Eyvaz. 1976-cı ildə Bakışəhərində doğulmuşam. 1993-cü ildə orta məktəbi əla qiymətlərlə bitiribADPU-nin filologiya fakültəsinə daxil olmuşam. Tələbəlik illərindən mətbuatdafəal çap olunmuşam, Dövlət Radiosunun Ədəbi-dram verilişləri redaksiyasındamüəllif verilişləri hazırlamışam. İki şeir kitabının müəllifiyəm, bu il pedaqojifəaliyyətimin 18 ili tamam olur.


Jurnalist olmaq istəyən müəllim

Ailəmdə müəllim olmayıb. Yaxınlarım - əmim yaxşı riyaziyyatçı olub, dayımtanınmış idman ustası olub zamanında, eyni zamanda hər ikisi adlı-sanlı pedaqoqolublar. Ancaq mənim müəllimlik peşəsinə marağım olmayıb. Məktəb vaxtımüəllimlərimi çox sevmişəm, aşırı hörmət bəsləmişəm onlara. İndi də hansısamüəllimimlə telefonda danışanda özümdən asılı deyil, ayağa qalxıram. Peşəolaraq da hörmətim olub müəllimliyə, ancaq müəllim olmağı istəməmişəm. Jurnalistolmaq istəyirdim, özü də hərbi jurnalist. Cəbhə bölgələrindən reportajlar,maraqlı verilişlər hazırlamaq, hərbi forma geyinmək arzum idi. Orta məktəbinson illəri Qarabağ müharibəsinin ağır vaxtlarına düşmüşdü. Düşünürdüm ki,cəbhədə ola bilmək üçün bu yolu seçim. Sənədlərimi 3-cü qrup üzrə ali məktəbəverdim. Birinci il çox az bal fərqi iləkonkursa düşdüm. İkinci il anam zorla birinci yerə Pedaqoji Universitetiyazdırdı, dalınca da BDU-nun jurnalistikası. Və təbii ki, ilk yazdığım yerədüşdüm. Heç yadımdan çıxmaz, qəbul imtahanından çıxıb evə gedirdik. ADPU-nunyanından keçəndə anam əllərini açdı göyə, dedi, ay Allah, heç nə demirəm, eləbax bura qəbul olsun. Elə də oldu... İstədim birinci kursu bitirib sənədlərimitəzədən verim, dekan müavinimiz vardı – Füzuli müəllim. O mənim yazı-pozumuizləyirdi, birinci kursdan atıq çap olunurdum. Dedi, qızım, məsləhət görmürəm,sən burda həm dil, həm də ədəbiyyat öyrənəcəksən, gələcəkdə öz yazılarını özünredaktə edəcəksən, həm də həyatdır da, bəlkə, gələcəkdə heç jurnalist kimiçalışmağa qoymadılar səni, ancaq hər zaman müəllim işləyə biləcəksən. Eləcə də,təhsilimi davam etdirdim. Sonra, doğrudan da, həyat elə gətirdi ki, müəllimoldum... Ancaq işlədiyim ilk gündən vicdanımla əlbir olmuşam. Necə olubgəlmişəm, hansı yollardan keçmişəm – uşaqlar buna cavabdeh deyil. Onlar məndənöyrənməyə gəlib, vəssalam. 


Oğlum, qızım deməyə utanırdım...

Məni bu illər ərzində məktəbdə saxlayan ən başlıca səbəb şagirdləriməolan sevgimdir. Onları öz balam bilmişəm həmişə, hətta özüm ana olmamışdanəvvəl istəyirdim şagirdlərimə "oğlum, qızım” deyim, utanırdım. Bizim sevgimizqarşılıqlıdır. Uşaqlar güzgü kimidir, kim onları səmimi olaraq sevir, kimartistlik edir, gözəl hiss edirlər. Və heç vaxt sevgisini duymadıqları adamısevməzlər. Məni həyata bağlayan səbəblərdən biri həm də onların mənə olansevgisidir. Uşaqlar adamı elə gözəl sevirlər ki... Onlara acıqlansam da, ohirsin içində sevgimi görə bilirlər, bilirlər ki, onlara canım yanmasa, niyəhirslənim ki?!Şagirdlərimin valideynlərinitanımıram çox vaxt, yaxınlaşıb özlərini təqdim edirlər, sonra bilirəm. Çünkimənim üçün fərqi yoxdur bu uşağı dünyaya kim gətirib, artıq mənim övladımdır.O qədər məktubyazıblar.... Bəzilərini saxlamışam, hər il bayramlarda yazırlar, ad günümdəyazırlar, arada elə-belə, heç bir səbəbsiz də yazanlar olur.


O qədər ağladım ki...

Bir dəfə bir valideyn gəldi məktəbə, dedi, Elnaz müəllim, oğlum evdə deyirki, müəllim hirslənib qulağımı çəkdi. Elə istədim ki, yenə hirsləndirim, yenəçəksin. O qədər gülmüşdüm ki. Demək, uşaq onu sevən adamın hirsində də osevgini görə bilir.

Azərbaycan dili dərsi idi, dərs keçməyə otaq tapmadıq, 11- ci sinfə ididərsim. Uşaqlar dedi ki, sinif rəhbərimzin otağı boşdur, dərsi yoxdur indi. Uşaqlar gedib sinifdə oturdu, zəngvurulanda mən də qalxdım otağa. Gördüm sinif rəhbəri də sinifdədir. Elə çantamıstolun üstünə qoymuşdum ki, sinif rəhbəri dedi, mənim dərsim boşdur, dincəlməkistəyirəm, gedin özünüzə başqa otaq tapın. Düzü, çox pis oldum, ağlamaq tutdu.Uşaqların yanında ağlamayım deyə, çantamı götürüb çıxdım və qapını örtəndədedim ki, mən bura bu uşaqlara görə gəlmişəm. Düşdüm aşağı, o qədər ağladımki... Bir də gördüm uşaqlar da gəlir. Sonra bildim ki, mənim dalımca bir-birhamısı durub çıxıb sinifdən. Sinif rəhbəri qışqırıb üstlərinə ki, siz hara?Deyiblər, bizə görə sənin ayağına gələn adamın dalınca gedirik... Sonra da mənimilk kitabım çıxanda sinif olaraq gözəl bir gül buketi bağlatmışdılar, hamısıbir nəfər kimi tədbirdə iştirak etdi. Sinif rəhbərləri deyibmiş ki, bucanfəşanlığınıza görə cavab verəcəksiniz mənə. İndi də yadıma düşəndə təsirlənirəm,eyni zamanda gülürəm. O zaman ağladığım üçün də gülürəm e, mən niyə ağladımki?!


Bir beşinci sinfim vardı, o qədər demişdim ki, haqqınızı tələb edin,hüquqlarınızı bilin. Kim dərs keçmir, tələb edin. Elə oldu ki, bir gün özümmöhkəm xəstələndim. İşə gedə bilmədim. İki gün idi yatırdım, direktor müavinizəng eləyib gülə-gülə dedi ki, gəl məktəbə, uşaqlar səni tələb edir. Durdum 39qızdırma ilə əsə-əsə getdim. Gördüm, yığışıblar direktorun otağının qabağınaki, gəlsin, görək, doğrudan, xəstədir. Gördülər, dedilər, hə, indi gedin,sağalanda gələrsiniz. İllər keçdi, həmin uşaqlar 9-cu sinifdə idi. Bir dəfədərsdə müəllimlərdən biri deyib ki, niyə mənim dərsimdə sakit oturmursunuz,ancaq Elnaz müəllimin dərsində quzuya dönürsünüz, o mənim şagirdim olub.Uşaqlar da deyib ki, bu sizin probleminizdir: niyə sizin şagirdinizin dərsindəsakit otururuq, amma sizin dərsinizdə yox. Bax belə uşaqlar vardı...


Özgə planetdəngəlməmisən ki?

Ümumiyətlə götürəndə, indi müəllimin nüfuzu bizim məktəb illərimzidəkikimi deyil. Bu, ümumi baxanda belədir. Amma daxildən yanaşanda, fərdi olaraq,hər bir müəllimin nüfuzu özünün imkanları daxilində, özünün qazandığı qədərdir.Məsələn, baxırsan ki, eyni uşaqlar müəllimin birinə çox hörmət edir, onu sevir,bir başqasını isə yox. Demək, burda səbəbkar müəllim özüdür. Çünki hər birmünasibət qarışılıqlıdır. İlk növbədə müəllim özü şagirdlərinə sevgi və hörmətləyanaşmalıdır, onların şəxsiyyət olduğunu onlara hiss etdirməlidir ki, sonra ohörməti özünə qarşı görsün. Yoxsa ki, mən müəlliməm – sən şagird, otur yerində,nə desəm o olmalıdır. Belə olmur. Hələ də o stereotip qalıb müəllimlərinçoxunun başında ki, müəllim şagirdin yanında gülməz, ay nə bilim bizimmüəllimimiz güləndə biz sevinərdik. Müəllim şagirddən rüşvət ala bilər, ancaqşagirdin yanında gülə bilməz? Əksinə, müəllimin yerli-yerində gülüşü də,sevinci də şagirdi sevindirirsə, niyə də gülməsin? Özgə planetdən gəlməmisənki? Müəllim şagirdə kim olduğunu özünü dartıb dağ başına qoymaqla deyil, onaelm öyrətməklə və şagirdlərilə dost olmaqla göstərir. Müəllim – şagirdə elmisevdirən yox, sevməyi öyrədəndir.

Bu, məsələnin bir tərəfidir. Müəllimin nüfuzu məsləsilə bağlı başqatərəflər də var təbii. Bəlkə də, bu, ayrıca bir söhbətin mövzusudur. Ancaq hərhalda, müəllimin aldığı məvaciblə onun nüfuzunu bir tərəziyə qoysaq, səbəblərinüzləri açılar. Müəllim ailəsini dolandırmaq ötrü dərsdən sonra başqa qazancyeri axtarırsa, cəmiyyətdəki hansı nüfuzundan danışaq? Müəllim cəmiyyətinyükünü çiyinlərinə götürən peşə sahibidir. Başqa ölkələrdə cəmiyyətin ən yaxşıyaşayan təbəqələrindən biridir, ona dəyər verilir. Və hamı da bu dəyəri görür,ona hörmət etmək zorunda qalır. Bir cəmiyyəti məhvə sürükləmək üçün onunmüəllimini səfil duruma salmaq lazımdır.


Məktəb – mənim üçüncəbhədir

Xalqına, vətəninə xidmət etməyi qarşına məqsəd qoyub çalışdığın hər birpeşə müqəddəsdir, təbii ki, məqsədin müqəddəsdirsə. Deyirlər e, müəllimlikşərəfli peşədir, peşənin şərəflisi, şərəfsizi olmur. O peşədə çalışanlarınarasında şərəfli və şərəfsiz adamlar olur. Sən ya aid olduğun peşəyə şərəfgətirirsən, ya da onu gözdən salırsan, üz qarası olursan. Mən özümü müəllimkimi çalışacağım son günə qədər əsgər hesab edirəm. Çünki ən ali məqsədimVətənimin gələcəyi naminə ləyaqətli vətəndaşlar yetişdiməkdir. Məktəb – mənimüçün cəbhədir. Hər il sentyabrda dərslər başlayanda zarafatla deyirəm ki,atəşkəs pozuldu.

Heç vaxt ayağımı məktəbin qapısından içəri qoyanda düşünməmişəm ki,keçdiyim hansısa dərsə görə, uğurum olan hansısa şagirdə görə kimsə yaxamdanmedal asacaq. Əksinə, dediyim dərsə görə mənə tərifnamə filan veriləndə xəcalətçəkirəm. Nə edirəmsə, nə edə bilirəmsə xidmətimi başa vurunca gücüm çatdığıqədər etməyi özümə vətəndaşlıq borcu bilirəm. Kimsə, məsələn, tabeli müərəkkəbcümləni bilməsə, itki deyil, ancaq bircə nəfər də olsa, sevgi dolu, gözəl birinsan yetişdirə bilirəmsə, bu, qazancdır.


Uşaqların gözü mənimağzımdadır

Aldığımız maaşla normal adam kimi dolanmaq mümkün deyil. Ona görə dədərsdən sonra repetitorluqla məşğul oluram. Təbii ki, çox çətindir. Çünki heçvaxt düşünməmişəm ki, hazırlığa gələn uşaqlar pul verir deyə, əsas gücümüonlara sərf edim, məktəbdəkilərə yox. Əsla. Həmişə demişəm ki, uşaqların gözümənim ağzımdadır. Gücüm, savadım çatdığı qədər hər ikisini öyrətməliyəm,vicdanla. Mən öyrədənəmsə, fərqi yoxdur, məktəbdə dərs dediklərim, yaxudhazırlığa gələnlər.


Sıravi müəlliməm

Hərdən bu sıxıntılar, problemlər o həddə çatır ki, geri baxmadan getməkistəyirəm. Ancaq sonra nəsə ayağımdan tutub saxlayır. Məni uşaqlarla baş-başaburaxsınlar, başqa heç nə. Onda nə yorularam, nə bezərəm. Sıravi müəlliməm, bupeşənin sayəsində hansısa ad almaq, təltif olunmaq iddiam olmayıb, olmayacaqda. Mən general olmaq istəməyən əsgərəm. Təhsil sahəsində olmazın nöqsanlar,yerli-yersiz guya islahatlar filan, boş-boşuna vaxt və enerji itkisi olanformal yazı-pozular, görüntü xatirinə hazırlanan tədbirlər, şablon müsabiqələr,yarışmalar, canfəşanlıqlar, Off... uşaqları da götürüb qaçmaq istəyirəm.

Öz şeirlərimi çox istisna hallarda oxuyuram uşaqlara. Sevmirəm özşeirlərimi oxumağı. Amma dərsdə keçdiyimiz şeirləri ilk olaraq özüm oxuyuramki, intonasiyanı tuta bilsinlər, mətni anlasınlar.


Son

Şagirdlərimin hamısı əzizdir, doğmadır. Ana balalarını bir-birindən necəayıra bilər axı? Dəcəli var, sakiti var, oxuyanı, oxumayanı var, olduqca fərqlidüşüncələrə malikdirlər, ancaq bütün bunlar onların sevgi payında cığallıqetməyimə səbəb deyil. Hərəsi bir cür əzizdir. Həmişə düşünürəm ki, bəlkə də,hansısa şagirdin heç mənim savadıma yox, sevgimə ehtiyacı var. Bəlkə də,hansısa o sevgini evdə ala bilmir, qoy heç olmasa məndən alsın, alsın ki, o daətrafındakılara sevgi paylaya bilsin. Özlərinə də deyirəm ki, sizin mənimqızımdan fərqiniz odur ki, sizi dünyaya başqa qadın gətirib. Dəfələrlə olub ki,hansısa şagirdin anası mənə deyib ki, hərdən oğlumu, ya da qızımı sizəqısqanıram. Özünə də deyirəm ki, sən, deyəsən, müəllimini məndən çoxistəyirsən. 


Bir şagirdim vardı, Nadir. Anası müəllim yoldaşımdır. Nadiriaxtaranda mənə zəng edirdi ki, harda olar? Bir dəfə də zəng edib ki, maması,mən zəng edirəm, telefonu açmır, bir gör oğlun hardadır? Mən zəng edən kimitelefonu açdı, dedim, get evə, anan narahatdır. Sonra da anası deyir ki, heçyarım saat çəkmədi gəldi. Deyirəm ki, bəs məni niyə eşitmirsən, müəlliminieşidirsən? Deyir, o, başqa cür deyir axı, sən elə deyə bilmirsən. İndi yadımızadüşəndə gülürük. Şagirdlərimin arasında elə uşaqlar var ki, mən onlarla çoxyaxşı dostam, istənilən mövzuda rahat-rahat söhbət edə bilirəm. Bir-biradlarını çəkmirəm ki, başqaları inciyər. Hətta deyərdim ki, onlarlabölüşdüklərimi başqaları ilə bölüşmürəm. Elə deyərdim ki, məni bu həyatda ənzəif nöqtəmə qədər şagirdlərim daha yaxşı tanıyır. Haçansa məni kimdənsəsoruşmaq lazım gələndə, şagirdlərimdən soruşsunlar...