Müdafiə Nazirliyinin sabiq idarə rəisi həbs olundu - YENİLƏNİB
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin sabiq rəisi, polkovnik Məmmədov Elmar Heybətqulu oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü, 311.3.1-ci, 341.2.3-cü və digər maddələri ilə ittiham elan edilmiş, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı hərbi məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Hərbi Prokurorluqdan Adalet.az-a verilən məlumata görə, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcəkdir.
*** 18:36
Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Elmar Məmmədov həbs edilib.
Adalet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, polkovnik korrupsiya cinayətlərinə görə məsuliyyətə cəlb edilib.
Sabiq idarə rəisi 10 gün əvvəl həbs edilən Mənzil-İstismar İdarəsinin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Rəhim Laçınov və digərləri ilə əlbir olaraq xüsusilə külli miqdarda (659 min manat) dövlət vəsaitini mənimsəməkdə və külli miqdarda rüşvət almaqda ittiham olunur.
Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 311.3.2–ci (dələduzluq-təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə polkovnik Məmmədov haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər
20 Dekabr 2025 17:29
Azərbaycandan göndərilən neft məhsulları Ermənistana çatdı - FOTOLAR
19 Dekabr 2025 17:45
Səhiyyə Nazirliyində tibb mütəxəssisləri ilə görüş keçirildi - FOTO
19 Dekabr 2025 16:53
Qan banklarının siyahısında dəyişiklik edildi
19 Dekabr 2025 16:46
Dövlət qəzetləri üçün alınacaq kağızın norması müəyyənləşdi
19 Dekabr 2025 16:42
Baş nazir Daxili İşlər Nazirliyi ilə bağlı QƏRAR İMZALADI
19 Dekabr 2025 15:33
"Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir" - Arayik
19 Dekabr 2025 13:39
Azərbaycanda elektron siqaretlərin istifadəsi qadağan edilir
19 Dekabr 2025 13:30


Bakı -°C

