Müdafiə Nazirliyi: PUA-larımız üçün bədbəxt erməni kəndlisindən daha vacib hədəflər var
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Vaqif Dərgahlı növbəti dəfə ermənilərə cavab verib. V. Dərgahlı Azərbaycan Ordusuna məxsus döyüş pilotsuz uçuş aparatının endirdiyi zərbə nəticəsində Tavuş vilayətinin Çinari kənd sakini Aramais Hovakimyanın yaralandığı barədə Ermənistan müdafiə nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyanın yaydığı məlumatla bağlı Trend-ə açıqlamasında belə deyib: "PUA-larımız üçün bədbəxt erməni kəndlisindən daha vacib hədəflər var. Əlbəttə, Azərbaycan zəngin və özünü təmin edən bir dövlətdir, lakin öz pulunu boş yerə xərcləməyəcək. Birincisi, əvvəllər dediyim kimi, heç vaxt yaşayış məntəqələrini atəşə tutmuruq. İkincisi, bizim PUA-lar üçün bədbəxt erməni kəndlisindən daha vacib hədəflər var, məsələn, Ermənistan ordusunun mövqeləri. Biz də elə bunu edirik”.
Digər Xəbərlər
05 May 2024 17:01
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
05 May 2024 12:46Mehriban Əliyeva xristian icmasını TƏBRİK ETDİ
04 May 2024 14:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
04 May 2024 14:08Yol polisindən qaydaları pozan tanınmışlara müraciət
04 May 2024 13:36