Mübariz İbrahimovun ev muzeyi tikilir
Biləsuvar rayonunda Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi tikilir.
Adalet.az "Report"a istinadən xəbər verir ki, ev muzeyi şəhidin doğulduğu Əliabad kəndində, onun yaşadığı evin həyətində tikilir. Artıq muzeyin inşasına bir aya yaxındır ki, başlanılıb.
Tikinti işləri Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən aparılır.
Ev muzeyi bir mərtəbədən ibarət olacaq ki, burada da sərgi zalı yerləşəcək. Sərgi zalında qəhrəmana aid şəxsi əşyalar və onun həyat yolunu əks etdirən kitablar, fotolar qorunacaq. Muzeyin iki aya təhvil verilməsi planlaşdırılır.
Qeyd edək ki, bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür. Qəhrəman 1988-ci ilin fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.
Digər Xəbərlər
01 May 2024 22:55
K A N
01 May 2024 18:37Türk Dövlətləri Autizm Federasiyasının Bakı konfransı keçirildi - FOTOLAR
01 May 2024 18:17Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 16:25İyunda ardıcıl 5 gün iş olmayacaq
01 May 2024 13:59