adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
07 Fevral 2019 14:29
10528
GÜNDƏM

“Mübariz İbrahimov xalqımızın diri qalması üçün canını fəda etdi” - SORĞU

Fevralın6-sı Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür. "Ədalət” qəzeti olaraqbununla bağlı sorğu keçirtdik, Mübariz haqqında onların fikirlərini öyrəndik.

Adalet.azsorğunu sizə təqdim edir.





QAT-ın sədriAkif Nağı


"Mübariz İbrahimov öz adını Azərbaycan tarixinə qızıl hərflərləyazmış bir insandır. O vaxtlar Elçin Hüseynbəyli "Üzümə gün düşür” adlı birhekayə yazmışdı. Sağalmaz xəstəliyə tutulmuş bir qaçqın əhd edir ki, gedim öz kəndimizdəölüm. Cəbhə xəttini keçir, sonra ermənilər onu tuturlar. Ermənilərin başınıaldadır ki, həyətimdə qızıl basdırmışam, gedək onu göstərim. Həmin həyətəgedirlər, həyətdəki çalaya yıxılır, dünyasını dəyişib arzusuna çatır. ElçinHüseynbəylini görəndə ona dedim ki, bu düzgün ideya deyil. O qəhrəman ölməyəyox, öldürməyə getməliydi. Ondan sonra Varisin bir əsəri çıxdı. O əsər ürəyimcəoldu. Bir uşağın babası ölüm ayağındadır, amma can verib ölə bilmir. Deyir ki,öz kəndimizin torpağından bir ovuc gətirməsələr, ölə bilməyəcəm. Nəvəsi eşidir,gedir o torpaqdan gətirir. Varisin bu əsəriylə biraz irəliləyiş oldu.Dostlarıma deyirəm ki, istədiyimiz əsəri Mübariz İbrahimov yaratdı. Düşmən tərəfəkeçdi, vuruşdu, öldürdü, öldü. Təbii ki, həlak olmasaydı daha yaxşı olardı, yaşayıbmübarizəsini davam etdirərdi. Onun qəhrəmanlığından dünya danışır. Biz müharibədövründəyik, müharibə mütləq olmalıdır və müharibə başlayanda gənclərə Mübarizİbrahimovun igidliyi örnək olacaq, ruh verəcək, güc verəcək. Bəlkə də digərxalqların belə döyüşən, belə mübarizlik göstərən qəhrəmanları olmayıb”.


Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı ŞəmistanƏlizamanlı:


Mən "Vətən sağ olsun!” adlı mahnımı ona həsr eləmişəm. Mübarizİbrahimov qəhrəmanlığın, vətənsevərliyin simvoludur, başqa söz ola bilməz. Gələcəknəısil üçün, xalqımız üçün igidlik, qəhrəmanlıq simvoludur. Ona hələ çox şeirlər,dastanlar yazılacaq.


Qarabağ qazisi Rey Kərimoğlu: 


"Mübariz İbrahimov başda olmaqla bütün şəhidlərimizə Allah rəhmət eləsin.Mübariz İbrahimov həm də Azərbaycan xalqının Qarabağ məsələsinə münasibətidir,dünyaya mesajıdır. Yəni bu xalq Qarabağı erməniyə verən deyil, bu torpaqlarişğalda qalmayacaq. Mübariz Azərbaycan xalqını silkələdi, diri qalması üçüncanını fəda etdi. Ondan əvvəl də, ondan sonra da qəhrəmanlıq nümunələri var.Bütün bunlar Qarabağ məsələsini xalqımızın yaddaşında daha da möhkəmlənməsiüçün vacibdir. Təbii ki, xalqımız Qarabağı unutmayıb, unutmayacaq da. Mübarizinqəhrəmanlığı ermənilərə, onların arxasında duran böyük dövlətlərə, lobbilərinə böyük bir cavab oldu ki, Qarabağ Azərbaycanındır".