11 Sentyabr 2023 13:58
697
ƏDƏBİYYAT

"Müasir poeziyada səs qırıqlığı müşahidə edilir" - Tənqidçidən irad

"O qırıq yerlər ağrının, iztirabın ifadə oluna bilmədiyi yerlərdir".

Adalet.az xəbər verir ki, tanınmış tənqidçi Cavanşir Yusifli müasir poeziyamızın problemlərindən gileylənib.

"Poeziyada səslə bağlı, o səsi fərqli tonlardan qəti şəkiıdə ayıran bir xətt var, qırmızı, narıncı, yaşıl - adına nə desəniz. Müəllifin səsi o rənglərə qədər duyulur, səni özünə çəkir, öz içində əridir, həm də bu səs kadr arxasından gəldiyinə görə bəzən insanı ovsunlayır da (gözlərini yumub yol gedirsən), amma hədd aşılan kimi poeziya öz küncünə çəkilir, sığınmağa yer axtarır. Bizdə müasir poeziyada səs qırıqlığı müşahidə edilir, o qırıq yerlər ağrının, iztirabın ifadə oluna bilmədiyi yerlərdir".

 

Emin