19 Iyun 2025 12:00
207

Müalicə gecikəndə xəstəlik sağalmır: Ermənilər "Mardakert qələbəsi"ni qeyd edəcəklər

Xəbər vermişdik ki, 1992-ci ilin 12 iyununda Azərbaycan ordusu "Ağdərə əməliyyatı başlatmışdı. Əməliyyat 33 il əvvəl ermənilərin qələbəsi ilə başa çatmışdı.


Adalet.az xəbər verir ki, erməni mediası maraqlı bir anons paylaşıb . Bildirilir ki, İyunun 28-də Ağdərə (Martakert) şəhərinin Qurtuluş Gününün 33-ci ildönümünə həsr olunmuş anım tədbiri keçiriləcək:" Təşəbbüsün məqsədi 1992-ci ildə Martakertin Qurtuluş Gününü tarixi yaddaşımızın, milli həmrəyliyimizin simvolik günü kimi yenidən qiymətləndirməkdir.
Mərasimi Yerablur Panteonda, Qarabağdan könüllü gedən ermənilərin Yeparxiyasının yepiskopu Vrtanes Abrahamyan keçirəcək.
Məlumatda deyilir ki, tədbirin təşəbbüskarı erməni gənclərdir


Xatırladaq ki, yüksək əhval ruhiyyə və tam qələbəyə inamla başlayan əməliyyatın istiqaməti dəyişdirildi. Daha dəqiq, həmin günü başlayan ilk qələbələrdən sonra ard-ardınca Azərbaycan ordusuna daxildən və xaricdən xain müdaxilələr oldu. Əməliyyatın ilk günü 845 saylı Ağdam batalyonunun komandiri müəmmalı şəkildə öldürüldü .

6 gündən sonra isə 836 saylı batalyonun əfsanəvi komandiri Şirin Mirzəyev və əlavə 4 zabit: 708 saylı briqadanın tank komandiri baş leytenant Qahir Hüseynovun, 836 saylı alayın kəşfiyyat dəstəsinin (xüsusi təyinatlı hücum dəstəsinin) komandiri leytenant Yavər Babayevin, Mübariz və Araz Mirzeyevin (Hər ikisi Şirin Mirzəyev nəslinin nümayəndəsidir) eyni üsulla aradan götürüldü . 836 saylı batalyonun kəşfiyyat bölük komandirinin müavini, Rafiq Kərimovun mediaya açıqlamasında bildirmişdi ki, 18 iyunda - tək bir gündə Sırxavənddə 78 nəfər itki vermişdilər.
Daxili düşmən ölkə içərisində namərdliyindən qalmadığı bir dövrdə İşğalçı ruslar da ermənilərin tərəfində ordumuza qarşı döyüşürdü. Təbii ki qalib işğalçı oldu.
2020-23-cü illərdə Ağdərə daxil olmaqla bütün Qarabağ erməni və rus işğalçılardan təmizləndi və beynəlxalq aləm Qarabağı de fakto və de yure Azərbaycanın ərazisi kimi tanıdı.


P.S. Ermənilərin bu tip məntiqsiz addımları ya ədavət, kin, millətçilik azarına yoluxaraq sağalmaz dərdə düçar olduqlarını göstərir, ya da məcburən deyirlər ki, gəlin, bizi vurun öldürün!


Əntiqə Rəşid

Digər Xəbərlər