MTRŞ-dən Azərbaycanda yayımlanan İran kanalı ilə bağlı açıqlama
Azərbaycanın cənub bölgəsində "Kanal 12” adlı kanal yayımlanır. Maraqlıdır ki, "Kanal 12” yayımladığı proqramlarla sanki Azərbaycana məxsusdur təsiri bağışlayır. Çünki verilişlərinin əksəriyyəti Azərbaycan, bir qismi isə türk dilində yayımlanır.Həmçinin aparıcılar da bu iki dildə səlis danışa bilir.
Bundan əlavə, verilişlər boyu titrlərdə latın qrafikasından istifadə olunur.Qeyd edək ki, kanalda ancaq dini verilişlər yayımlanır. Məsələn, verilişlərin danışmanlarından "Zühur TV”-nin Türkiyə müdiri olan Cəvat Gök, Dünya Cəfəri Alimlər Birliyinin başqanı Hasan Karabulutun adını çəkmək olar.
"Azərbaycan məddahlar birliyi” adlı veriliş də bu kanalın efirində yayımlanır. TV-nin YouTube kanalı da fəaliyyət göstərir.Verilişlərdə xüsusilə şiə təriqəti ilə bağlı mövzulara toxunulması izləyicilərin arasında birmənalı qarşılanmır. Eyni zamanda bu kanalın yayımlanması dini təbliğat kimi qəbul edilir. Nəzərə alsaq ki, cənub bölgəsində yaşayan gənclər əsasən İranda dini təhsil almağa üstünlük verir və sözügedən kanal da onların dini düşüncələrinə birbaşa təsir edir.Həmçinin əlavə edək ki, yayımın adında 12 rəqəminin olması isə 12 imama işarə kimi qəbul edilir.Qeyd etdiyimiz kimi, efirdə Azərbaycan dilində səlis çıxışlarına və titrlarda latın qrafikasındakı hərflərdən, hətta "ə", "ö" dən istifadə etmələrinə baxmayaraq, kanalın Azərbaycanla heç bir əlaqəsinin olmadığı məlum oldu.
Məsələ ilə bağlı "Qafqazinfo” MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədovla əlaqə saxlayıb. O bildirib ki, "Kanal 12” İran kanalıdır: "Cənub bölgəsi İranla həmsərhəd olduğu üçün oranın ötürücüləri bu bölgədə qəbul edilir. Tezliklər güclüdür. Ona görə də bu kanal cənub bölgəsində yayımlanır. Qeyd edim ki, Azərbaycanda tezlik problemi var. Hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tezliklərin gücləndirilməsi istiqamətində iş aparır. Bu problem həll ediləcək”.
Digər Xəbərlər
05 May 2024 17:29
Bakıda güclü külək əsəcək, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
02 May 2024 17:40Norveçli səyahətçilər Ağdamda olublar - YENİLƏNİB
02 May 2024 13:40Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi açıqlandı
02 May 2024 10:13İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq
02 May 2024 09:03