MSK DSK-nın qərarını ləğv edib
Mərkəzi Seçki Komissiyası (MSK) deputatlığa namizədin qeydə alınmaması ilə bağlı dairə seçki komissiyasının (DSK) qərarını ləğv edib.
Adalet.az-ın məlumatına görə, MSK-nın bu gün keçirilən iclasında 13 saylı Xəzər-Pirallahı seçki dairəsindən namizədliyini irəli sürmüş Müsavat partiyasının üzvü Nəsirov Niyaz Eynulla oğlunun müraciətinə baxılıb.
Bildirilib ki, namizəd sənədləri DSK-ya vaxtında təqdim edib və onun namizədliyinin qeydə alınmaması üçün heç bir əsas yoxdur, sadəcə DSK namizədin qeydə alınmaması ilə bağlı qərarı namizədə verməyib. Bunu onunla əsaslandırıb ki, iş qrafiki gərgin olub və namizədi qeydə ala bilməyib.
Daha sonra DSK-nın qərarı ləğv edilib və Nəsirov Niyaz Eynulla oğlunun namizədliyi qeydə alınıb.
Digər Xəbərlər
27 Aprel 2024 17:39
Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
27 Aprel 2024 16:06Dəniz piyadaları və xüsusi təyinatlıların təlimindən - VİDEO
27 Aprel 2024 15:00İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI
27 Aprel 2024 14:48Prezidentdən iqtisadiyyat və maliyyə nazirlərləri ilə bağlı SƏRƏNCAM
27 Aprel 2024 13:27