Mövlud Çavuşoğlu:"Azərbaycanla birlikdə tarixi İpək yolunu bərpa etməyə çalışırıq”
“Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya ölkələri ilə birlikdə tarixi İpək yolunu bərpa etməyə çalışırıq”.
Adalet.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, rəsmi Ankara hamı ilə öz dilində danışır: “Məsələn, Yunanıstanla anladığı dildə danışacağıq”.
Nazir hesab edir ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra “Cənub dəhlizi” artıq alternativ deyil: “Nəticədə şərq-qərb ortaq dəhlizinin əhəmiyyəti artdı. Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya ölkələri ilə tarixi İpək Yolunu bərpa etmək təşəbbüsümüz təkcə quru yolların, dəmir yollarının, limanların açılışından ibarət deyil. Bu, daha geniş prosesdir”.
Digər Xəbərlər
08 May 2024 18:00
Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini müzakirə edib
08 May 2024 17:27Sahibə Qafarova ilə Bolqarıstan Prezidenti arasında görüş keçirilib
08 May 2024 17:01İlham Əliyev Ərdoğana COP-29-a dəvət məktubu göndərib
08 May 2024 15:58İlham Əliyev və Radev arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
08 May 2024 15:47