adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
09 Aprel 2020 13:15
10398
MƏMLƏKƏT

Motoatıcı bölmələrdə atəş hazırlığı üzrə məşğələlər keçirilir

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq müxtəlif poliqonlarda və müasir avadanlıqla təchiz edilmiş təlim sahələrində atəş hazırlığı üzrə məşğələlər keçirilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi qulluqçular silahların taktiki-texniki xüsusiyyətlərini bilmələri barədə məqbullar verir, onların sökülüb-yığılması üzrə normativləri yerinə yetirir, eləcə də silahla hərəkət bacarıqlarını təkmilləşdirir.

Müxtəlif kateqoriyalardan olan hərbi qulluqçular müvafiq normativlərə uyğun olaraq praktiki təlim atəş çalışmalarını icra edir.