Mosulda qanlı döyüşlər gedir
Mosul su anbarının peşmərgədən azad edilməsi uğrunda gedən döyüşlər zamanı Haşdi-Şabi qüvvələrinin kəşfiyyat komandirlərindən Əbu Yasir həlak olub.
Adalet.az xəbər verir ki, bu barədə Kürd Muxtar Vilayətinə yaxın olan media orqanları məlumat yayıb. Haşdi-Şabinin sözçüsü Əhməd Əsədinin məlumatı təsdiq etdiyi bildirilib.
Qeyd edək ki, Mosul su anbarına nəzarəti təhvil vermək istəməyən peşmərgə ilə Haşdi-Şabi qüvvələri arasında şiddətli atışma baş verib. Atışma nəticəsində 8 Haşdi-Şabi üzvü, 1 peşmərgə həyatını itirib, daha 11 nəfər isə ağır yaralanıb.
Digər Xəbərlər
02 May 2024 12:24
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşəcək
02 May 2024 11:20Kolumbiya İsraillə diplomatik əlaqələri kəsir
02 May 2024 11:18Qərblə Rusiyanın "qarşıdurması" Gürcüstanın başında çatlayacaq...!?
02 May 2024 09:44Ermənistan polisi Azərbaycanla şərti sərhəddə əməliyyat keçirib: Çox sayda saxlanılan var
02 May 2024 09:10