Moskvada yanan təyyarədə 41 nəfər ölüb - YENİLƏNİB
Son məlumatlara görə, Rusiyada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 41 nəfər həlak olub.
"Aeroflot" aviaşirkətinə məxsustəyyarədə 78 nəfər olub.
Xatırladaq ki, Moskvadan Murmanska uçan təyyarə göyə qalxdıqdan 28 dəqiqə sonra geri dönüb və sonra məcburi eniş edərkən alovlanıb.
***
Moskvanın "Şeremetyevo" hava limanında təyyarə qəzası zamanı 13 nəfər ölüb.
"Aeroflot" aviaşirkətinə məxsus "Superjet" tipli sərnişin təyyarəsinin qəza enişi zamanı yanması nəticəsində 13 nəfər həyatını itirib.
***
Moskvanın Şeremetyevo hava limanında təyyarə yanıb.
"Moskva – Murmansk” reysi ilə hərəkət edən sərnişin təyyarəsi eniş zamanı yanmağa başlayıb.
Hadisə zamanı təyyarədə 72 sərnişin, 6 ekipaj üzvü olub. Sərnişinlər təxliyə edilib, onlardan 6 nəfəri xəsarət alıb.
Hadisə yerinə təcili yardım maşınları cəlb edilib.(modern.az)
Digər Xəbərlər
03 May 2024 22:37
Mişel ilə Kobaxidze arasında telefon danışığı olub: “Tarixi şansı qaçırmayın”
03 May 2024 22:32Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 21:34Zelenski hərbçilərə xəbərdarlıq etdi: Hazır olun!
03 May 2024 21:31Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 21:29