adalet.az header logo
  • Bakı -°C
03 Yanvar 2026 15:40
97
GÜNDƏM
A- A+

Moskva-Gəncə aviareysi buna görə gecikib

Rusiyanın "Ural Airlines" aviaşirkətinə məxsus "U6 2411" Moskva-Gəncə və "U6 2412" Gəncə-Moskva reyslərində müşahidə olunan gecikmə RF paytaxtındakı əlverişsiz hava şəraiti ilə əlaqədardır.

Adalet.az "Report"a istinadən xəbər verir ki, "U6 2411" nömrəli reysin Moskvadan uçuşu yerli vaxtla saat 16:05-ə planlaşdırılıb.

Əvvəlcə Moskva-Gəncə reysinin yerli vaxtla saat 10:00-a, Gəncə-Moskva reysinin isə saat 15:50-yə planlaşdırıldığı bildirilmişdi.

Hazırda Gəncədən Moskvaya gedən təxminən 100 sərnişin uçuşu gözləyir.

Reyslə bağlı daha ətraflı məlumat almaq üçün sərnişinlərə birbaşa aviaşirkətə müraciət etmələri tövsiyə olunur.