Monitorinq mərkəzində 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək - Çavuşoğlu
Qarabağda atəşkəsə əməl olunması üzrə ortaq monitorinq mərkəzində 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, birgə mərkəzin yeri artıq müəyyənləşdirilib:
"Monitorinq mərkəzi Ağdam rayonunda yerləşəcək. Konteynerlər artıq gedib, tikinti başlayıb. İlkin mərhələdə hər ölkədə 60 hərbçi qulluq edəcək. Bizim hərbçilərimiz oraya yola düşməyə başlayıb".
Nazir əlavə edib ki, bu, kiçik müşahidə mərkəzi olacaq, amma zərurət olacağı təqdirdə genişləndirmək mümkün olacaq:
"Gələcəkdə zərurət yaranacaqsa, biz Azərbaycanla danışacağıq və hər zaman lazımı dəstəyi göstərəcəyik".
Digər Xəbərlər
03 May 2024 22:37
Mişel ilə Kobaxidze arasında telefon danışığı olub: “Tarixi şansı qaçırmayın”
03 May 2024 22:32Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 21:34Zelenski hərbçilərə xəbərdarlıq etdi: Hazır olun!
03 May 2024 21:31Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 21:29