adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Sentyabr 2015 13:28
18839
MƏDƏNİYYƏT

Mona Lizanın matah sümükləri

Gizli təbəssümüvə qəribə üz quruluşu ilə dəyəri əsrlərdir milyonlarla ölçülən Mona Lizanınsümükləri də matah olub. Burda deyiblər: "Qadın şərab kimidir, qaldıqca dəyərəminər”. Atalar boşuna boğazını yormaz. Budur, 5 əsrdir kişilərin var-dövlətinisovuran tacir arvadının indi də sümüklərinin arxasına düşüblər. Belə ki, Leonardoda Vinçinin kətana köçürdüyü Mona Liza del Cokondonun İtaliyada sümükləritapılıb. Düzü, arxeoloqlar o qədər də əmin deyillər. Çünki sərdabənin tapıldığıyer çox nəmişlik olduğundan sümüklər ovulmuş haldadır. Həmin illərdə Arna çayıdaşdığından, çoxsaylı evlər və kilsələr su altında qalmışdı. Bununla belətarixi faktlara əsaslanaraq, Liza Cokondonun 1542-ci ildə  Florensiyada monastırda basdırıldığı hesabolunur. Həmin dövrdə aristokratların adi məzarlıqda deyil, kilsə vəmonastırların ərazisində basdırılması məqbul sayılırdı. Tacir arvadı olan Lizada burda basdırıla bilərdi, üstəlik o, ömrünün sonlarında saçlarını kəsdiribmonastırda rahibə olmuşdu. Bu da onun məzarının monastırda ola biləcəyiehtimalını artırır. Həmin il monastır həyətində cəmi 2 qadın basdırılıb. BiriLiza, digəri isə başqa bir kübar qadın – Mariya del Riççio olub. Ancaq sümüklərinbunlardan hansına aid olduğu hələlik dəqiqləşdirilməyib. Üstəlik, skeletlərdənbirinin kəllə sümüyü yoxdur. Bu da tədqiqatçıları yaman dilxor edib. Axı onlarməhz bu kəllə vasitəsilə illərdir alimlərin əsas tədqiqat hədəfi, sənətşünasların ilham mənbəyi, tacirlərin rəqabət meydanı olan Lizanın sirli təbəssümünün arxasında nəyin gizləndiyiniçözəcəkdilər!..

Qeyd edək ki,Lizanın sümükləri çoxdan axtarılsa da, 2012-ci ildən əməli işlərəbaşlanılmışdı. Bu üç ildə günümüzədək yaxşı qalmış 8 skelet tapılmışdı. Ancaqtibbi analizlər onların heç birinin xanım Cokondoya aid olduğunu təsdiqləməmişdi.


Şəfiqə ŞƏFA