Moldovanın sabiq Baş naziri İlham Əliyevi təbrik etdi

2015-ci ildə Moldovanın Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Kiril Qaburiçi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Adalet.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident!
Tarixi hadisə - Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünün tam bərpa olunması münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. 2012-ci ildən 2015-ci ilədək Azərbaycanda işlədiyim müddətdə Qarabağdan - öz yurdlarından didərgin düşmüş çoxlu sayda insanla görüşmək imkanım oldu. Mən onların dərin duyğularını və öz torpaqlarına qayıtmalarının əhəmiyyətini başa düşürəm.
Qarabağdakı son hadisələr bir çox yeni başlanğıclar vəd edir. Sizin belə çətin bir problemin həllinə siyasi baxışınız və strateji yanaşmanız həqiqətən təqdirəlayiqdir və şübhəsiz ki, bunun önəmli nəticələri özünü göstərəcək. Əminəm ki, bu əlamətdar hadisə regionda sülhün və əməkdaşlığın möhkəmlənməsinə və nəticədə bütün Cənubi Qafqazda həyat şəraitinin yaxşılaşmasına mühüm töhfə verəcək. Sizin liderliyiniz və tarixi baxışı reallığa çevirməkdə sarsılmaz əzminiz hamımız üçün ilham mənbəyidir. Mən qəti şəkildə inanıram ki, ümumi səylərlə biz gələcək nəsillərimiz üçün daha yaxşı bir dünya qura bilərik.
Sizə və ölkənizə davamlı uğurlar və rifah arzulayıram".
Digər Xəbərlər

"Bizimlə bu gün hesablaşmayan sabah peşman olur" - Dövlət başçısı

"Vətən müharibəsi həm peşəkarlıq, həm milli ruh salnaməsidir" - Prezident

Ceyhun Bayramov: Ermənistanla sülh prosesində bir neçə istiqamət üzrə təmaslar davam edir

Nazir: Pakistan və Hindistanı məsələni siyasi-diplomatik müstəvidə həll etməyə çağırırıq

“Bizə deyilir ki, istintaq davam edir” - Nazir AZAL təyyarəsinin qəzasından danışdı

Prezident Almaniya Kanslerinə məktub göndərdi

İlham Əliyev yeni seçilən Roma Papasını təbrik etdi
