adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
20 Aprel 2018 15:09
10846
GÜNDƏM

Möhtərəm cənab Prezidentimiz, Ali Baş Komandanımız !

Ölkəmizdə keçirilən prezidentseçkilərində qazandığınız möhtəşəm qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrikedirik. Xalqımızın yüksək etimadını qazanaraq aprelin 11-də keçirilmiş prezidentseçkilərində qazandığınız parlaq qələbə ulu öndərimiz Heydər Əliyevin siyasi kursunuuğurla davam etdirməyinizin məntiqi nəticəsidir. Qürurla qeyd etmək istəyirik ki,Sizin rəhbərliyinizlə doğma Azərbaycanımız inkişaf edərək dünyanın aparıcı ölkələriarasında öz layiqli yerini tutmuşdur.

Dünyanın müxtəlif ölkələrindəyaşayan 10 minlərlə azərbaycanlı bu gün inkişaf və intibah tarixini yaşayan müstəqildövlətimizlə və Azərbaycanımızı dünyaya tanıtdıran ölkə başçısı ilə fəxr edir.

Əziz Prezidentimiz !

Siz andiçmə mərasimindən sonrakıgündə ilk olaraq mühüm sosial müdafiə əhəmiyyəti daşıyan bir Fərman imzaladınız.Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarlaəlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailəüzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı verdiyiniz bu Fərmanagörə Sizə öz təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Cənab Ali Baş Komandanımız!

Biz də bu Fərmana düşən hərbiqulluqçu ailəsiyik. Həyat yoldaşımız suveren müstəqil Azərbaycanın mənafeyini müqəddəstutaraq, torpaqlarımızın bütövlüyü uğrunda öz zabit borcunu layiqincə, şərəflə yerinəyetirərkən şəhid olmuşlar.

Biz iki bacı şəhidimizin beşövladını xalqını, Vətənini sevən və ölkəsinə ataları kimi ləyaqətlə xidmət edənali təhsilli mütəxəssislər kimi yetişdirmişik. Bu gün yerində verilmiş bu Fərmanşəhid övladlarına və ailə üzvlərinə bir daha sübut etdi ki, şəhidlər unudulmur.

Ölkəmizin ərazi bütövlüyüuğrunda döyüşlərdə həlak olmuş qəhrəman Vətən övladlarının ailə üzvlərinin rifahhalının yaxşılaşdırılması məqsədilə verilən bu Fərman bir daha göstərdi ki, Şəhidlərölməz, Vətən bölünməz !

Ali Baş Komandanı olduğunuzAzərbaycan Silahlı Qüvvələrinin Vətən torpaqlarını işğalçılardan azad edəcəyi gününyaxınlaşdığına əminik və bütöv Qarabağda, Şuşada Cıdır düzündə keçirəcəyimizqələbə bayramını səbirsizliklə gözləyirik. Şəhid qanıyla suvarılmış müqəddəstorpaqlarımız düşmənin murdar ayaqlarından təmizlənəcək.

İnanırıq ki, möhtərəm Prezidentimiz,Ali Baş Komandanımız İlham Heydər oğlu Əliyevin - əzmkar sərkərdəmizin əmrinə müntəzir olan igid Azərbaycan oğulları,mərd ərənlər müsəlləh əsgər kimi Qarabağ uğrunda yürüşə başlayacaq, əsir Qarabağımızıxilas edəcəkdir ! Namərd düşmən layiq olduğu cəzasını alacaqdır.

Qoy Vətən bayrağı daim ucalardadalğalansın! Heç vaxt hüznlə şəhid məzarları üstünə endirilməsin!

Gün o gün olsun bayrağımızyenə də Qarabağımızın göylərində, Şuşamızın qala divarları üzərində, Cıdır düzündəqürurla dalğalansın! Vətənimiz bayram etsin!

Uğrunda qanımızı tökdüyümüz Vətən bayrağı daima ucalarda olsun!

Qoy ulu Tanrı bu yolda Sizəyardımçı olsun. Amin !

Zati-alinizə uzun ömür, cansağlığı,səadət və ali dövləti vəzifənizdə bundan sonra da böyük uğurlar arzulayırıq.

Hörmət və ehtiramla

Azərbaycan Bayrağı ordenli şəhid zabit Nazim Cəbrayılovun həyat yoldaşı

R.Cəbrayılova

şəhid zabitƏşrəf İsmayılovun həyat yoldaşı

A.İsmayılova