Modriç El-Klassiko və "Qalatasaray"la oyunu buraxacaq
"Real"ın zədəli futbolçusu Luka Modriçin durumuna aydınlıq gəlib.
Qol.az "Marca"ya istinadən xəbər verir ki, Xorvatiya millisinin heyətində əzələsindən zədə alan 34 yaşlı yarımmüdafiəçinin qarşıdakı oyunları buraxacağı məlum olub.
Onun Çempionlar Liqasında "Qalatasaray"la görüşdə və İspaniya La Liqasında əzəli rəqibləri "Barselona" ilə matçda da iştirak edə bilməyəcəyi bildirilir.
Qeyd edək ki, "Real" "Qalatasaray"la oktyabrın 22-də, "Barselona" ilə isə oktyabrın 26-da qarşılaşacaq. Hər iki görüş səfərdə olacaq.
Digər Xəbərlər
04 May 2024 10:29
Azərbaycan Premyer Liqası: “Kəpəz” “Sumqayıt”a, “Qarabağ” “Neftçi”yə qarşı
03 May 2024 23:04UEFA-dan AVRO-2024 il bağlı mühüm dəyişiklik
03 May 2024 22:52Arda Güler komanda yoldaşlarından şikayətlənib - VİDEO
03 May 2024 22:06Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 21:47