adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
06 Iyul 2015 11:52
2845
İDMAN

“Mladost” - “Neftçi” matçının hakimləri açıqlandı

Avropa Liqasının I təsnifat mərhələsinin "Mladost” – "Neftçi” oyununa hakim təyinatı açıqlanıb.

 Adalet.az xəbər verir ki, matçı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək. 


Baş hakim Kevin Klensi, onun köməkçiləri Alastair Mazer və Stüart Yan Makmillan olacaqlar. Dördüncü hakim funksiyasını Brayan Kolvin yerinə yetirəcək. Oyunun UEFA nümayəndəsi Jan Lui Pyet (Fransa), hakim-inspektoru isə Marian Ruzbarskidir (Slovakiya).

Qeyd edək ki, iyulun 9-da Podqoritsa şəhər stadionunda keçiriləcək "Mladost” – "Neftçi” matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.