adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
03 Aprel 2019 18:32
21181
SİYASƏT

Mitinq qalmaqalı davam edir... - SORĞU

Xəbər verdiyimiz kimi,Müsavat Partiyası 7 aprelə, AXCP-dən ibarət olan Milli Şura isə 6 aprelə aksiyatəyin edib. İlk qərar Müsavatdan gəlib və bundan dərhal sonra MŞ bir gün öncəyəmitinq qərarı verib. Bu da hər iki düşərgəni üz-üzə qoyub.

Tərəflər arasındaqalmaqal baş verib. Bir-birinin ünvanına ən ağır ittihamlar, tənqidlər, həttatəhqirlər belə səsləndirirlər. Müsavat MŞ-ni prosesləri ələ almaq üçüntələm-tələsik aksiya təyin etməkdə və mitinqlərinə kölgə salmaqda ittiham edir.Əks tərəf isə bunların hər birini təkzib edir və mitinq qərarlarının yarım ayöncədən olduğunu deyir.

Adalet.az deputat və partiya rəhbərlərindən məsələylə bağlımünasibət öyrənib. Baş verən qalmaqalın səbəblərini öyrənib. Cavabları təqdimedirk.



Deputat Siyavuş Novruzov:"Əslində orda qalmaqal görmürəm. Hər bir şəxsin,siyasi təşkilatın, partiyanın sərbəst toplaşmaq, azadlıq funkisyasını yerinəyetirmək hüququ var. İki tərəf də mitinq keçirmək istəyir. Hər biriəsaslandırmaq istəyir ki, bunun mitinqi daha önəmlidir, o biri deyir mənimkeçirəcəyim mitinq bundan da önəmlidir. Yəni, insanları dəvət edirlər. Təbiiki, təmsil olunan qüvvələr arasında 20 ildən artıq mübarizə gedir. Bugünküməsələ deyil. Aralarında həmişə rəqabət olub. Hər halda özləri bilər, özləriayırd edərlər. Biz belə məsələlərə qarışmırıq.” 





Deputat Fazil Mustafa: "Açığı bu məsləyə bizim müdaxiləmiz doğru deyil. Bunlar tam mədənisəviyyədə müzakirələr olmalıdır. Bir-birini incidəcək, yaxud da siyasətinetikasını pozacaq addımlar olmamalıdır. Hərənin öz üslubu var. Mən bu üsulumənimsəmirəm. Hesab edirəm ki, siaysətdə artıq bu kimi məslələrə diqqətyetirmək lazımdır. Bu cür formada münasibətlər müasir cəmiyyətimizdə olmamalıdır,bu yaxşı hal deyil.”






Müasir Müsavat Partyiasının rəhbəri Hafiz Hacıyev:"Bu dünyada Əli Kərimli kimi satqın adam yoxdu.Taylı-tayını tapar. Yarış keçirirlər ki,görək xaricdən kim yüksək qrant alacaq. Onlar hakimiyyətin daxilində müəyyənklanlara məxsus adamlardır. İmkan vermək istəmirlər ki, Azərbaycanda sağlamfikirli müxafilət yaransın. Ölkədə dövlət çevrilişi keçirmək istəyirlər, gərginlikyaratmaq istəyirlər. İstəyirlər ki, ölkədəki bütün qüvvələri prezidentin üzərinəqaldırsınlar. Bu, prezidentə xəyanət uğrunda bir yarışdır, kim çox xəyanət edəcəkdeyə.”




Azərbaycan İslamDemokrat Partiyasının sədri (AİDP) Tahir Abbaslı:"İdeologiya üzərində qurulmayan hər hansı siyasi mübarəızənin sonu belə ixtilaflara səbəb olur. Baxın 100 il öncə Milli Demokratlarımız az vaxtda çox nailiyyətlərə səbəbini araşdırsaq görərik ki, Milli ideologiya daşıyıcıları mili və dövlət maraqlarının hesabına sönməz enerji ilə qat qat zalım düşmənlərə qalib gəliblər və Milli Demokratik dövlətimizi qurmuşdular. Bəs bu gün nələr baş verir? Nədən müxalifət düşərgəsi hərəsi özfəaliyyət dərnəyi kimi ixtilaflara düçar olub, ciddi qarşıdurmalar yaratmaqla özlərinin və cəmiyyətin taleyi ilə oynayırlar. Ya bunlar özlərini və milləti dəyərləndirmirlər ya da Milli ideologiyanı.

Cəmiyyət gələcək müqədaratlarını liderlərə bağlamaqla nail olmaq istəyirlər. Liderlər isə oz növbəsində şəxsii, partiya, hərəkat və qurumlar maddi maraqlarına üstünlük verdiklərindən qarşıdurma yaradılması labüddür. Hətta nəinki, Milli Şura və Musavat qarşıdurmasə bütövlükdə əksəriyyət insanlarımızı ambisiyaların, təkəbbürlüyün təsirindən dağıdıcılıq qaçılmazdır.

İslam belə görüntüləri bəyənmir. Hətta tanıtdırıqları mənəvi müqəddəs şəxsiyyətləri yol kənarında duran istiqamətverici funksuyasını yetirən kimi təqdim edir."