adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Aprel 2024 18:20
431
DÜNYA

Mirzoyan Səudiyyə Ərəbistanına gedir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan aprelin 17-18-də Səudiyyə Ərəbistanında rəsmi səfərdə olacaq.

Adalet.az xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

2023-cü ilin noyabrında iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından bəri bu, Ermənistandan Səudiyyə Ərəbistanına ilk yüksək səviyyəli səfərdir.

Səfər çərçivəsində Mirzoyan səudiyyəli həmkarı şahzadə Faysal Bin Fərhan Əl Səud ilə görüşəcək.

Krallığın yüksək səviyyəli rəsmiləri ilə digər görüşlər də planlaşdırılır.